İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da İrana qarşı sanksiyaları pozan şirkəti cərimələdilər

219 19.05.2023 14:17 Son xəbər A A

İrana qarşı sanksiyalara riayət olunmasına ciddi şəkildə nəzarət etdiyini dəfələrlər bildirən ABŞ-nin, həmin qaydaları pozanlarla mübarizədə heç bir güzəştə getməyəcəyini real addımlarla sübuta yetirir. Bu dəfə ABŞ-da fəaliyyət göstərən kosmetik məhsullar şirkəti Vaşinqtonun cəza hədəfinə çevrilib.

AzVision.az xəbər verir ki, ABŞ Maliyyə nazirliyi Vaşinqtonun İrana qarşı sanksiyalarını səkkiz il ərzində pozan Kaliforniyada yerləşən dəriyə qulluq şirkətinin təxminən 3,3 milyon dollar cərimə ödəməyə razılaşdığını açıqlayıb. Verilən məlumata görə, sözügedən şirkət öz məhsullarını Yaxın Şərqdə satmaq üçün İrandakı şirkətlərdən biri ilə işbirliyi qurub.

“1989-cu ildə “Howard Murad” adlı İraq əsilli dermatoloq tərəfindən Kaliforniyanın El Sequndo şəhərində qurulan “Morad Skin Care Company” adlı bu kosmetik şirkət məhsullarını Yaxın Şərqdə satmaq üçün İranda yerləşən məhsul distribütor şirkəti ilə müqavilələr bağlamaqda ittiham olunur. 2009-cu ilin dekabrından 2018-ci ilə qədər dövrü əhatələyən bu müqavilələr əsasında “Morad” şirkəti ümumi dəyəri 11 milyon dollardan çox olan ən azı 62 məhsul və xidmətlərini İrana ixrac edib” - məlumatda bildirilir.

Bu kosmetika şirkəti 2015-ci ilin sentyabrında ərzaq malları və məişət kimyası malları bazarında dünyada liderlik edən şirkətlərdən biri olan Britaniya-Hollandiya “Unilever” şirkəti tərəfindən alınıb. Alqı-satqı əməliyyatından iki ay sonra “Morad Skin Care Company” şirkətinin İranla apardığı əməliyyatlar üzə çıxıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR