İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da iqtisadiyyatın bərpası sürətlənir – Prezidentin köməkçisi 20 faizlik artım gözləyir

459 14.06.2020 21:38 Dünya A A

ABŞ iqtiasadiyyatı koronavirus pandemiyasının vurduğu zərərdən sonra bərpa olunmağa başlayıb və böyük ehtimalla, yaxın aylarda bu proses sürətlənəcək. Bu barədə ABŞ Milli İqtisadi Şurasının rəhbəri, prezidenti Donald Trampın köməkçisi Lourens Kadlou CNN telekanalına müsahibəsində məlumat verib. 

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı hazırda bərpa mərhələsindədir. İlin ikinci yarısında mümkündür ki, ABŞ-da 20 faizlik iqtisadi artım və işsizliyin azalması müşahidə olunsun. Kodlou bildirib ki, iqtisadiyyatın sürətli bərpasına dair çoxsaylı “pozitiv siqnallar” almaqdadılar. Bu sırada o, işsizlik səviyyəsinin azalması, mağazalarda satışın artması kimi faktları qeyd edib.

Prezidentin köməkçisi bir sıra ştatlarda karantin tədbirləri yumşaldılandan sonra yoluxma hallarının artmasını etiraf etsə də, bunun ikinci dalğa olmadığını qeyd edib. O, karantin tədbirlərinin yumşaldılmasının doğru addım olduğunu qeyd edib: “Düşünürəm ki, biz doğru yoldayıq”.

 

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR