İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da İLK: Türkiyə vətəndaşına... - FOTO

1601 24.01.2024 13:26 Dünya A A

ABŞ-ın Nyu-Cersi ştatında Türkiyə vətəndaşına ilk dəfə yaşadığı şəhərin açarı verilib.

Musavat.comHaber Global”a istinadən xəbər verir ki, türklərin sıx olduğu Nyu-Cersi ştatının Paterson şəhərində yaşayan iş adamı Hüseyn Bayrama şəhərin açarını bələdiyyə sədri Andre Sayeq təqdim edib.

Paterson Bələdiyyəsində təşkil edilən rəsmi mərasimdə Andre Sayeq icma rəhbəri və "Toros" restoranlarının sahibi  Hüseyn Bayrama yaşadığı şəhərə verdiyi töhfələrə görə təşəkkür edib.

Bələdiyyənin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, türk sahibkar xüsusilə COVID-19 epidemiyası zamanı ehtiyacı olan 10 mindən çox insana, həmçinin Nyu-Yorkdakı bəzi xəstəxana işçilərinə ərzaq yardımı edib, təcili yardım qruplarına maska ​​və əlcəklər paylayıb.

Qeyd edək ki, Hüseyn Bayram bu simvolik mükafatı alan ilk türk vətəndaşıdır.

Məlumata görə, təxminən 160 min əhalisi olan Paterson şəhərində bu mükafatın əvvəlki sahibləri arasında aktyor Viktor Kruz (2012), reper Fetty Vap (2015), ABŞ senatoru Cory Booker (2018) və pedaqoq Felisa Van Liev (2022) daxil olmaqla 4 nəfər var.

H.Bayram eyni zamanda ABŞ-ın ən böyük türk icmasını təşkil edən Türk Amerika Giresun Təşkilatının prezidenti vəzifəsini də icra edir.

Keçmiş Paterson Bələdiyyə Başçısı Ceyn Uilyams-Uorrenin köməkçisi olmuş Hüseyn Bayram ABŞ-da yerli siyasətdə iştirak edən türk icmasının nadir üzvlərindəndir.

abdde-ilk-bir-sehrin-anahtari-tu.jpg (219 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR