ABŞ-ın Corciya ştatında C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə “WCJB” telekanalı ABŞ Hərbi-Hava Qüvvələrinin nümayəndəsinə istinadən xəbər verib.
Bundan əvvəl KİV-lərdə 2 nəfərin öldüyü bildirilirdi. İnsident Corciya ştatının Savanna şəhəri yaxınlığında qeydə alınıb.
****
ABŞ-ın C-130 hərbi-nəqliyyat təyyarəsi Corciya ştatında qəzaya uğrayıb.
Trend-in xəbərinə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumatda deyilir: "Bu milli qvardiyaya məxsus təyyarə olub. Hazırda əlavə məlumat yoxdur".
"Twitter"də isə Savanna şəhərinin peşəkar yanğınsöndürənlər assosiasiyası qəzaya uğrayan təyyarənin şəklini paylaşıb. Fotoda təyyarənin yandığı görünür.






