İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da dəniz qüvvələrində xidmət edən 134 min 386 hərbçinin şəxsi məlumatları oğurlandı

1279 24.11.2016 12:23 Son xəbər A A
ABŞ dəniz qüvvələrində xidmət edən və daha öncə çalışan 134 min 386 adamın şəxsi məlumatları oğurlanıb.

Avropa.info xəbər verir ki, dəniz qüvvələrindən yayılan yazılı açıqlamada  donanmanın dəstək xidməti aldığı “Hevlett Packard”  şirkətində çalışan bir işçinin kompüterinin məxfiliyinin ifşa edildiyi bildirilib.

“Hazırda çalışmaqda olan və daha əvvəl cidmət etmiş  134 min 386 dənizçiyə aid şəxsiyyət məlumatları, sosial təhlükəsizlik nömrələri də daxil olmaqla  həssas məlumatlar naməlum şəxslər tərəfindən əldə edilmişdir” deyə yazılı açıqlamada qeyd olunur.

Açıqlamada məsələylə bağlı araşdırmaların davam etdiyi bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR