İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Azərbaycana qarşı səslənən fikirlərin arxasında bu planlar dayanır-ŞƏRH  

700 16.11.2023 15:42 Dünya A A

 

“Həm nümayəndələr palatasında keçirilmiş dinləmələr, həm də Azərbaycana qarşı səslənən fikirlər iki plan üzrə hərəkət həyata keçirilə biləcəyini göstərir. Birincisi, Ermənistanı silahlandırmaq, digəri isə Azərbaycanı sülhə məcbur etməkdir”.

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. Ekspert hesab edir ki, birinci halda Ermənistana silah satışı ilə bağlı sərfəli müqavilələr təklif edilir ki, bununla da Ermənistana yerləşmək məqsədi güdülür: “İkinci plan isə Azərbaycanı Ermənistan qarşısında masaya əyləşdirməklə zəif salmaq və 3 Qafqaz respublikasını Rusiyaya qarşı qurulmuş koalisiyaya cəlb etməyi ehtiva edir. Bu prosesin qarşısında dayanmış və onların arqumentlərinə uyğun hərəkət etməyən Azərbaycanı hədəfə alıb, xüsusilə son məqsəd üçün Azərbaycan əleyhinə sanksiyaların qəbul edilməsinə çalışırlar. Azərbaycan əleyhinə səslənən fikirlər erməni lobbisinin təsirindən qaynaqlanır.

Çünki hücum Fransa, Ermənistan və ABŞ-dan eyni anda başladı. Aydın məsələdir ki, bu, eyni mərkəzdən idarə olunur. Şübhə yoxdur ki, Azərbaycan tərəfinin öz problemlərini Qərb masasında yox, ordunun köməyi ilə həll etməsi ABŞ-a da, münaqişədən istifadə edib regionun daxili siyasətinə müdaxilə edən güclərə də xoş gəlmədi. İndi yeni Suriya, Ukrayna münaqişə ocağı yaratmağa çalışırlar. Ermənistanın timsalında yeni toqquşma meydanı görürlər”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR