İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da azadlığa buraxılan iranlılar vətənlərinə dönməkdən imtina ediblər

1392 20.01.2016 09:15 Dünya A A
ABŞ-da azadlığa buraxılan iranlılar vətənlərinə dönməkdən imtina ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanvarın 16-da ABŞ və İran arasında əldə olunan məhbus mübadiləsinə dair razılığa əsasən, Tehran “Washington Post” qəzetinin Tehrandakı müxbiri Jason Rezaian daxil olmaqla ABŞ vətəndaşları olan 4  məhbusu  azadlığa buraxıb.  
 
Amerikada həbsdə olan 7 İran vətəndaşı da həmin gün azadlığa buraxılıb. Onlardan 6-nın ikili vətəndaşlığı olduğu bildirilir. Həmçinin İran və ABŞ arasında əldə olunmuş razılığa görə, ABŞ 14 İranlıya qarşı ekstradisiyası ilə bağlı məhkəmə qərarını ləğv edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR