İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da atışma olub, ölənlər var

707 25.01.2021 03:56 Dünya A A


ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində yaşayış binasında baş verən atışma zamanı azı 5 nəfər həlak olub.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Yerli polis bölməsinin məlumatına görə, atışma ilə bağlı çağırışla hadisə yerinə gələn asayiş keşikçiləri yaralı yeniyetməni aşkarlayıblar. Sonradan polis əməkdaşları qonşu evdə də atışmanın olması barədə məlumat alıblar. Orada isə beş nəfərin meyiti aşkarlanıb. Hüquq-mühafizə orqanları bildirib ki, söhbət məqsədyönlü qətldən gedir.

Hadisənin təhqiqatına polislə yanaşı, Federal Təhqiqat Bürosu da cəlb olunub. Polis əməkdaşları hadisəni törədən şəxsi saxlamağa müvəffəq olmayıblar. Onlar həmçinin cinayətkarın tək olması barədə də dəqiq mülahizə yürüdə bilmirlər. Şəhərin meri Co Xosqet hadisəni kütləvi qətl adlandırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR