Amerika Erməni Assambleyası isə nüfuzuna və təsirinə görə ABŞ-da ikinci ən böyük erməni lobbi təşkilatıdır. Assambleya uzun illər ictimaiyyəti erməni məsələləri ilə bağlı məlumatlandırıb. Bu təşkilatın sayəsində etnik ermənilərin ölkədə gedən demokratik proseslərdə, Ermənistan və Dağlıq Qarabağa ianələrin toplanmasında iştirak səviyyəsi artıb.
Qeyd edək ki, lobbist təşkilatların reytinqi ABŞ-ın nüfuzlu «Business Pundit» и «American Politics Research» nəşrlərinin araşdırmalarının tədqiqi sayəsində hazırlanıb.






