Çin Xarici İşlər Nazirliyinin rəsmisi Gen Şuan avqustun 27-də keçirdiyi brifinq zamanı bildirib ki, ABŞ Çin hökuməti ilə ticarət danışıqları üçün şərait yarada bilər.
Xezerxeber.az xəbər verir ki, nazirliyin rəsmisi ABŞ-ın Maliyyə naziri Stiven Mnuçinin çıxışından sonra Vaşinqtonun danışıqlar masasına əyləşəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün Pekinə artan iqtisadi təzyiq və nəticədə insanların iş yerlərini itirmələri problemini əsas gətirərək Çinlə ticarət danışıqlarının mümkünlüyünü istisna etməyib.






