İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ Azərbaycan olmadan Cənubi Qafqaz regionunda öz məqsədlərinə nail ola bilməyəcək"

592 20.11.2023 11:58 Siyasət A A

“Cozef Bayden administrasiyası Azərbaycan olmadan Cənubi Qafqaz regionunda öz məqsədlərinə nail ola bilməyəcək və bu səbəbdən də münasibətlərin bərpası üçün addımlar atmalıdır”.

Report xəbər verir ki, bu barədə “S&P Global”ın Avropa və MDB üzrə proqnozlaşdırma departamentinin baş analitiki Aleks Melikişvili "X" sosial şəbəkəsində yazıb.

Ekspert hesab edir ki, Vaşinqton münasibətləri bərpa etmək üçün heç bir tədbir görməsə, bu, Amerikanın Qafqazdakı mövqelərinin əhəmiyyətli dərəcədə zəifləməsi anlamına gələ bilər.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların pozulmasına görə məsuliyyət dövlət katibinin köməkçisi Ceyms O'Braynın üzərinə düşür: “Daha əvvəl qeyd etdiyim kimi, Ceyms O’Brayn noyabrın 15-də Konqresin dinləmələrində çıxışı ilə noyabrın 20-də Vaşinqtonda baş tutmalı olan Ermənistan-Azərbaycan sülh danışıqlarını pozub”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR