İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-a məxsus sərnişin təyyarəsi hava burulğanına düşdü: xəsarət alanlar var

952 12.08.2016 13:03 Ölkə A A
ABŞ-ın "JetBlue Airways" aviaşirkətinə məxsus təyyarə hava burulğanına düşdüyünə görə 22 sərnişin və 2 ekipaj üzvü xəsarət alıb.

Musavat.com "Ria-novosti"yə istinadən xəbər verir ki, hadisə avqustun 11-də axşam saatlarında Bostondan Sakramentoya uçan təyyarədə baş verib. 

Məlumata görə, avialayner Cənubi Dokota ştatında Rapid Siti şəhərində məcburi eniş etməli olub.

Xəsarət alanlar yerli xəstəxanaya çatdırılıblar. 

Digər sərnişinlərin isə başqa hava gəmisi ilə təyinat nöqtəsinə göndərildiyi bildirilir.

Aygün SƏFƏRLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR