İnsanlara hürriyət, millətlərə istiqlal!

Abe-Obama görüşündə yapon qadının ölümü də müzakirə ediləcək

343 21.05.2016 00:03 Dünya A A
Yaponiyanın baş naziri Sindzo Abe, ABŞ prezidenti Barak Obama ilə görüşdə amerikalının günahkar olduğu güman olunan Okinavadakı ölüm hadisəsi mövzusunu gündəmə gətirə bilər.

Musavat.com xəbər verir ki, may ayının 19-da ABŞ hərbi bazasında işləyən 32 yaşlı ABŞ vətəndaşı həbs olunub. Amerikalı itkin sayılan yapon qadının meyitindən xilas olmağa cəhd etməkdə şübhəli sayılır.

Yaponiya mətbuatının fikrincə, baş nazir S.Abe, Amerika tərəfindən bu hadisəyə kəskin reaksiya verməyi tələb etmək fikrindədir. Yaponiya hökuməti artıq Amerika tərəfinə öz etirazın bildirib.

B.Obama və S.Abe arasında görüş may ayının 25-nə planlaşdırılıb.
 
Aygün SƏFƏRLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR