İnsanlara hürriyət, millətlərə istiqlal!

Abdulbari Gözəl: "Bizim məqsədimiz məhsulların ucuz olması və çox satılmasıdır" - FOTOLAR

3386 17.03.2019 13:37 İqtisadiyyat A A

Martın 16-da Azərsun Akademiyasında “Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri Abdulbari Gözəl mətbuat nümayəndələrini qəbul edib.

Musavat.com xəbər verir ki, o, ilk olaraq, qarşıdan gələn Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Jurnalistlərlə görüşünə münasibət bildirən şirkət rəhbəri keçirilən bu tədbirin onun üçün böyük önəm daşıdığını diqqətə çatdırıb: "Mən həmişə demişəm, jurnalistlər cəmiyyətimizin aynasıdır və failiyyətimiz dövründə biz jurnalistlərə hər zaman açıq olmuşuq".

Abdulbari Gözəl tədbirə başlamazdan əvvəl şirkətin yarandığı gündən indiyə kimi keçdiyi inkişaf yolundan ümumi olaraq tədbir iştirakçılarına məlumat verib.

O, "Azərsun Holding"in bu yerlərə gələnə qədər çox böyük çətinliklərdən keçdiyini və daim Azərbaycan xalqına xidmət etdiyini bildirib: "Azərbaycanda ilk dəfə iş qurmazdan əvvəl mən, Suriya və İraqla ərzaq ticarəti ilə məşğul olurdum. Bir gün İrandan və Azərbaycandan ticarət nümayəndələri gəldi və ərzaq, yeyinti sahəsində çatışmazlıqların olduğunu bildridilər. Və bizdən onlara yardım etməyimizi istədilər. Beləcə, bizim Azərbaycanla ilk iş birliyimiz burdan başladı. Həmin zamanlar çox ağır dönəmlər idi. Hətta burada iş qurmağın risk olduğunu düşünürdüm. Lakin, bu riski gözə aldım və fəaliyyətə başladım. Buradakı insanların maddi tərəfdən çətinlik çəkdiklərini bildiyim üçün nümayəndələrimə tapşırdım ki, qiymətləri mümkün qədər aşağı endirsinlər. Bu da məhsullarımızın satışına müsbət təsir göstərdi".

Abdulbari Gözəl ümumi fəaliyyət yolundan danışdıqdan sonra jurnalistlərin suallarını cavablandırdı və bir çox məqamlara aydınlıq gətirdi: "Məhsulları istehsal edərkən, ilk olaraq onların dadına özüm baxıram, daha sonra istehsala buraxılması üçün razılıq verirəm. Bəzən fabrikdə oğurluq hallarına da rast gəlirdik. Onlardan bir-ikisini çağırıb xəbərdarlıq etdim. Bildirdim ki, əgər bir də belə hal baş versə, işdən azad edilmə ilə cəzalanacaqsınız. Bunu ehtiyac üzündən edənlərə, hər ay ərzaqların hər növündən 1 kiloqram verməyi tapşırdım".

Şirkət rəhbəri daha sonra Qarabağ FK -na yardımların azadlılması ilə bağlı suallara aydınlıq gətirdi: "Qarabağ bizim ümummilli məsələmizdir və bu məsələdə çox həssasıq. Hazırda gəlirlərimiz aşağı olsa da, çalışırq ki, yardımlarımızı əsirgəməyək. Bu şəkildə də davam edəcəyik".

Qiymətlərə münasibət bildirən A.Gözəl qeyd etdi ki, dolların bahalaşmasına baxmayaraq, qiymət artımına getməyəcək: "Bizim də əsas məqsədimiz odur ki, qiymətlər qalxmasın və satış çoxalsın. İşçilərə maaşları vaxtında verməyə çalışırıq. Bu məsələyə çox həssaslıqla yanaşıram. Hətta əmək haqlarını ödəyə bilməsəm, pencəyimi belə satmağa razıyam. Bizim müəssisədə əmək haqqı ilə bağlı heç zaman gecikmə, problem ola bilməz. Həmçinin maaşların artırılmasının tərəfdarıyıq. Lakin bu heç bir halda bazardakı məhsullarımızın qiymətinə təsir etməyəcək".

Məhsulların tərkibində palma yağı olması ilə bağlı sualı cavablandıran Abdulbari Gözəl qeyd etdi ki, palma yağı yerinə görə istifadə olunur və bu dünya üzrə qəbul olunmuş praktikadır: "Palma yağı özü də ucuz başa gələn bir qida məhsulu deyil. Sadəcə bu dünya üzrə aparılan bir qara piardır. Necə ki, soya yağı ilə bağlı da dünyada qara piar aparıldı, artıq dünyada onun satışı azaldılıb. Bir məqamə da nəzərə almaq lazımdır ki, zeytun və qarğıdalı yağından başqa, digər bütün yağların tərkibində xolesterin var. Hətta Azərbaycanlıların ən çox istifadə etdiyi kərə yağları belə insan sağlamlığına ziyandır. Biz istərdik ki, birki yağlarından daha çox istifadə olunsun. İndi ən xeyirli yağ zeytun yağı, daha sonra isə qarğıdalı yağıdır. İnsanlarımız şirin yağı sevir. Amma gənclərimiz getdikcə bundan uzaqlaşır. Hazırda bizim imkanlarımız hesabına maksimum 700-750 ton kərə yağı istehsal etmək mümkündür".

Kərə yağına tələbatın yerli istehsal hesabına ödənilməməsinin səbəblərinə aydınlıq gətirən A.Gözəl bildirdi ki, ölkədə kərə yağına illik tələbat 15 min tondur: "Hələ ki, bunu qarşılaya bilmirik. Amma gələcəkdə kərə yağının istehsalını artırmağı nəzərdə tutmuşuq. Bunun üçün isə infrastrukturun genişləndirilməsi lazımdır".

O, hətta iddia etdi ki, xaricdən gətirilən qarğıdalı və  kərə yağının tərkibində qarışıq qatqılar daha çoxdur: "Rusiyadan gətirilən qarğıdalı yağının tərkibinin 20 faiz qarğıdalı, 80 faizi isə günəbaxan yağı var. Buna görə də, onların məhsulu satışda bizim məhsuldan daha ucuz ola bilər. Bunu sübut etmək üçün kifayət qədər analizlər aparmışıq, əlimizdə nəticələr var".

Bazardakı digər rəqiblərlə münasibətlərə gəlincə, o, qeyd etdi ki, sağlam rəqabətə üstünük verir: "Rəqibin olması yaxşıdır, bu, inkişafa xidmət edir. Ancaq sağlam rəqabət olmaldır. Hazırda Azərbaycanda rəqabət baxımından ən çox xarici rəqiblər daha güclüdür".

Elçin Əkbərov,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR