İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Abbasov aldadılmış rus qadının uşaqlarını qaytarılmasına kömək edib

2327 23.12.2013 12:43 Son xəbər A A
Mülki nikahda olan azərbaycanlı əri tərəfindən aldadılan və iki azyaşlı uşağı əlindən alınan rus qadının problemi Azərbaycanın Ədliyyə Nazirliyinin və “Milyarderlər ittifaqı”nın rəhbəri Abbas Abbasovun birgə səyləri ilə həllini tapıb.

Virtualaz.org saytı rus nəşrlərinə istinadən xəbər verir ki, Rusiyanın RTR kanalının Andrey Malaxovun müəllifliyi ilə efirə çıxan “Pust qovoryat” verilişinin də qəhrəmanı olan Marina Bezzubovanın keçmiş əri tərəfindən Azərbaycanda saxlanılan iki uşağı ona qaytarılıb.

Marina Bezzubovanın əhvalatı barədə Rusiya KİV-ləri geniş yazmışdı. Qadın təxminən 10 il əvvəl Azərbaycan vətəndaşı, Şəmkir rayon sakini olan Əlibəy Qurbanovla tanış olub,  aralarındakı ciddi yaş fərqinə baxmayaraq azərbaycanlının onu sevdiyinə inanıb və onunla mülki nikaha girib. Bu nikahdan onların iki qızı olub.

İkinci qızın anadan olmasından bir müddət sonra əri ona Azərbaycana köçməyi təklif edib. Bezzubova günəşli, “nar və üzüm iyi gələn” Azərbaycanda yaşamağa məmuniyyətlə razılaşıb. Lakin əri onu rayondakı evlərinə gətirəndə qadın aldadıldığını başa düşüb. Məlum olub ki, evdə Əlibəy Qurbanovun qanuni arvadı və uşaqları yaşayır. Marina isə neçə ildir inanırmış ki, əri boşanıb və subaydır.

Qadın başqa çarəsinin olmadığını görüb bir müddət ərinin Şəmkirdəki evində yaşayır. Əlibəy isə kənddə lovğalanırmış ki, baxın, onun iki arvadı var və ikisi də bir evdə mehriban yaşayır. Bir müddət sonra evdə dava-dalaş başlayıb, əri Marinanı döyüb, təhqir edib.

Nəhayət, qadın dözməyərək boşanmağı qərara alıb. Qərarını ərinə açıqlayanda Əlibəy onu cəzalandırmaq üçün uşaqlarını əlindən alıb. Marinanı Azərbaycandan eportasiya ediblər.

Rusiyaya qayıdan Marina bütün instansiyalara şikayət yazıb, qızlarının geri qaytarılmasını xahiş edib. Nəhayət, o, Malaxovun verilişinə çıxıb və bütün Rusiyada məşhurlaşıb. Malaxovun verilişinə Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “Azerros”un nümayəndəsi Mehriban Sadıqova da dəvət edilib.

Qadının problemini öyrənən M.Sadıqova bu barədə təşkilatın Ağsaqqallar Şurasının sədri Abbas Abbasova məlumat verib. A.Abbasov məsələ ilə bağlı “Azerros”un vitse-prezidenti Rəfael Babayevi Bakıya göndərib. R.Babayev Bakıda Ədliyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Z.Həsənovla və digər vəzifəli şəxslərlə görüşüb. O, dəfələrlə qadının keçmiş əri ilə danışmağa cəhd etsə də Əlibəy ünsiyyətdən qaçıb.

Ədliyyə Nazirliyi işə qarışaraq məsələ ilə bağlı məhkəmə iddiası qaldırıb, məhkəmə uşaqların anasına qaytarılması haqda qərar çıxarıb. Marina Azərbaycandan deportasiya edildiyi üçün onun geri qayıtmasına hüquqi əngəllər olub, A.Abbasovun nümayəndəsi müvafiq instansiyalara müraciət edərək qadın üçün “yaşıl dəhliz” açılmasını razılaşdırıblar.

Nəhayət, işin böyüdüyünü görən keçmiş ər uşaqları özü Moskvaya aparıb və Marinaya təhvil verib. Beləliklə, qadının məsələsi Yeni il qabağı həllini tapıb. Marina deyir ki, keçmiş əri ondan üzr istəyib və nəticədə o, uşaqlarla görüşməsi üçün icazə alıb. Uşaqlarını geri qalan qadın “Azerros”un ofisinə gedərək A.Abbasova və problemin həllində yardımçı olan digər şəxslərə təşəkkür edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR