AB Ukrayna ilə Assosiasiya haqqında sazişin siyasi hissəsini mayın 25-dək imzalamağa hazırdır
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Avropa Birliyi Ukrayna ilə Assosiasiya haqqında sazişin siyasi hissəsini ölkədə keçiriləcək prezident seçkilərinədək, yəni mayın 25-dək imzalamağa hazırdır.
APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, Barrozu bu barədə AB-nin Krımdakı vəziyyətlə bağlı keçirilmiş sammitindən sonra bildirib.
“Biz Ukrayna ilə Assosiasiya haqqında sazişin siyasi hissəsini imzalamağa hazır olduğumuzu bir daha qeyd etdik və prioritet məsələ kimi Ümumi Xarici Siyasət və Təhlükəsizlik Siyasəti haqqında Əsasnamə də daxil olmaqla Assosiasiya haqqında sazişin ümumi prinsipləri və siyasi hissəsini təcili, tez bir zamanda imzalamağı qərara aldıq”, deyə Barrozu qeyd edib.
Barrozu bu qərarın Krımdakı böhranla bağlı olduğunu bildirərək, bunun Avropa qitəsində sülh və sabitik məsələsində ən ciddi böhran olduğunu qeyd edib.






