İnsanlara hürriyət, millətlərə istiqlal!

AB-nin Ukraynanı sursatla təmin etmək üçün xammalı qalmayıb

296 19.03.2023 20:34 Dünya A A

 

Avropa İttifaqının Ukraynanı sursatla təmin etmək məqsədilə göndərdiyi  partlayıcı maddələrin istehsalı üçün kifayət qədər xammalı qalmayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına görə, Aİ-də barıt, plastit və trotil çatışmazlığı var ki, bu da kifayət qədər maliyyə olsa belə, artilleriya mərmilərinin istehsalını sürətlə artırmağa imkan vermir. Ekspertlərin fikrincə, Rusiyanın Ukraynaya hücumu Avropanın silah sənayesi potensialının nə qədər zəif olduğunu göstərib.

Qəzetə danışan Almaniya rəsmisinin sözlərinə görə, əsas problem Avropanın müdafiə sənayesinin müharibə zamanı lazım olan irimiqyaslı hərbi istehsalı qura bilməməsidir.

Çexiya müdafiə sənayesinin nümayəndəsinin bildirdiyinə əsasən, hazırda xammal çatışmazlığı ilə əlaqədar qısa müddətdə artilleriya mərmilərinin istehsalını artırmaq çox çətindir. “Financial Times”ın mənbəsinə görə, barıt istehsalını artırmaq üçün təxminən üç il vaxt lazımdır.

İspaniyadan olan silah istehsalçıları Avropa İttifaqında müdafiə zavodlarının azlığından şikayət ediblər. Mütəxəssislərin rəyinə əsasən, NATO yeni istehsal müəssisələrini başqa ölkələrdə, məsələn, Hindistan və Cənubi Koreyada axtarmalıdır.

Qıtlıqdan mərmilərin də qiyməti qalxıb. Orta hesabla onların hər birinin istehsalı indi 850 avroya başa gəlir. Bu, rus işğalından əvvəlki dövrdən 20% çoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR