Təxminən 12 il əvvəl Aleksandr Kimuşin adlı fotoqraf böyük bir işin təməlini qoyub.
O, bütün dünyanı gəzib nəsli kəsilməkdə olan qəbilələrin şəkillərini çəkib. Kimuşin bu yolla həm bu qəbilələrin mədəniyyətlərini əbədiləşdirib, həm də gözəl bir fotosessiya ortaya çıxarıb.
Birləşmiş Millətlər Təşkilatının 2019-cu ildəki sərgisində yer alan bu fotoşəkillər, “Dünyadakı üzlər” adı altında minlərlə insana nümayiş etdirilib.
Kimuşin indiyə qədər 86 ölkəni ziyarət edib.
Musavat.com sizlərə bu uğurlu fotoqrafın çəkdiyi ən təsirli 25 fotonu təqdim edir.
1. Aryuna adındadakı bu qadın Buryatdır. Buryatlar əsasən Rusiya Federasiyasında, qismən Monqolustan və Çində yaşayan monqol dilli xalqdır.

2. Papua Yeni Qvineyanın Çimbu bölgəsində yaşayan bir qadın.

3. Çukçi tayfasından bir qadın və Çuvan tayfasından bir kişi. Hər ikisi Sibirin yerli icmalarındandır.

4. Berinq dənizi yaxınlarından çadırlarının önündə poz verən Çukçi qadınları.

5. Daasanach qəbiləsindən olan bir gənc qadın – Efiopiya.

6. Dolgan üzvü olan gənc qadın - Şimali Sibir.

7. Kamçatka icmasından bir qadın – Sibir.

8. Itelmen icmasından olan qadın – Sibir.

9.Maya sivilizasiyasının nümayəndələri, Kaqçikel icmasından bir kişi - Qvatemala dağları.

10. Xakas icmasından Mariya və nəvəsi Aimka – Sibir.

11. Monqolustanın Kalka icmasından olan qadın.

12. Kik icmasından bir gənc oğlan – Əfqanıstan.

13. Ladaki icmasından bir qadın, Nubra Vadisi (Hindistanda dağların arasında yerləşir)

14. Monqolustanın ənənəvi qış geyimlərini geyən bir qazax qızı.

15. Şimal qütbün, Nqanasan icmasının üzvü - Alyu Xoyumumyakoviç Çunançar.

16. Sibirin şimalında, ənənəvi geyimdə olan Nqanasan üzvü.

17. Oxot dənizinin yaxınlığında, Nivx icmasından bir qadın.

18. Sibirin şərqindəki Oroçi cəmiyyətinin son üzvlərindən biri olan Lisa adlı gənc qadın.

19. Soyot icmasında qalan son ağsaqqallarından biri – Sibir.

20. Şərqi Sepik qəbilələrinin ən qədim üzvlərindən biri - Papua Yeni Qvineya.

21. Şərqi Papua Yeni Qvineyanın dağlıq bölgələrindəki qəbilə ağsaqqallarından biri.

22. Altay Urianxay icmasından olan bir uşaq - Qərbi Monqolustan.

23. Gelubpa icmasından bir rahib -Nubra Vadisi (Hindistan).

24. Yukaghir icmasından olan bir gənc qadın – Yakutiya.

25. Yupik icmasından olan ata və oğul - Berinq dənizi.

Son olaraq bütün bu əsrarəngiz fotoları çəkən fotoqraf Aleksandr Kimuşinin də fotosunu təqdim edirik. A.Kimuşin bu fotoda ənənəvi Çukçi geyimindədir.
Turan Oruc
Musavat.com







