81 yaşlı qadını maşın vurdu, detektiv filmlərinin ssenarisi yaşandı
Bakının Yasamal rayonunda avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Musavat.com-un məlumatına görə, hadisə Şərifzadə küçəsində baş verib.
Ağdamdan olan məcburi köçkün, 81 yaşlı Marosa Şıxıyeva naməlum avtomobil tərəfindən ailəsinin məskunlaşdığı yataqxananın qarşısında vurub. Sürücü yaralını öz avtomobilinə mindirərək, naməlum istiqamətə aparıb.
Hadisədən xəbər tutan qohumları ahıl qadının axtarışlarına başlayıblar. Lakin Marosa Şıxıyevanı tapmaq mümkün olmayıb.
Bir neçə saat sonra yaralı qadın taksi ilə yaşadığı binanın qarşısına gətirilib. Taksidə başqa bir qadın sərnişin də olub. O, binanın qarşısına çatan kimi taksidən düşərək qaçmağa başlayıb. Həmin qadının Marosa Şıxıyevanı vuran avtomobilin sürücüsü və ya sürücünün yaxını olduğu ehtimal edilir.
Ailə üzvləri 81 yaşlı Marosa Şıxıyevanı xəstəxanaya aparıblar. Hadisə barədə polisə də məlumat verilib. Dərhal araşdırmalara başlayan polis əməkdaşaları "Təhlükəsiz şəhər" mərkəzinin müşahidə kameralarının köməkliyi ilə 81yaşlı piyadanı vuran sürücünü müəyyən ediblər. Onun saxlanılması istiqamətində tədbirlər görülür.
Musavat.com






