80 yaşlı atasını və 47 yaşlı qardaşını bıçaqladı - VİDEO
Lənkəran sakin 80 yaşlı atasını və 47 yaşlı qardaşını bıçaqladı.
ARB Cənub xəbər verir ki, hadisə şəhərin Axundzadə, 25 ünvanında baş verib.
Belə ki, Samir Müdəris oğlu Heydərli ailə münaqişəsi zəminində 80 yaşlı atası Müdəris Heydərlini və 47 yaşlı qardaşı Mahir Heydərlyə bıçaqla ağır bədən xəsarətləri yetirib. Hər iki yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Boyun və bel nahiyəsindən kəsilmiş-deşilmiş yara alan Mahir Heydərli cərrahiyyə əməliyyatına götürülüb. Boyun və boğaz nahiyələrində kəsilmiş yaraları olan ata Müdəris Heydərova isə müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.Hadisəni törətmiş Samir Heydərli yaxalanaraq istintaqa cəlb olunub. Onun psixi problemləri olduğu bildirilir.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.






