İnsanlara hürriyət, millətlərə istiqlal!

75 yaşlı azərbaycanlı ixtiraçının qeyri-adi "Romantika"sı...REPORTAJ, FOTOLAR

2782 09.02.2019 19:00 Ölkə A A

75 yaşlı həmyerlimiz özünün qeyri-adi ixtiraları ilə sosial şəbəkələrdə marağa səbəb olub. Ömrünün 29 ilini "Bos-Şelf" və digər tanınmış şirkətlərdə mühəndis-mexanik kimi çalışan Fərhad İsmayılov 10 ilə yaxındır ki, yeni ixtiralar etməyə başlayıb.

Onun 2013-cü ildə düzəltdiyi "Romantik" adlı mühərrikli qayıq dövlət tərəfindən patent alıb. Bu kater 2014-cü ildə Dövlət Sərhəd Xidmətinin marağına da səbəb olub, test üçün dənizə buraxılıb.

Fərhad İsmayılov deyir ki, onun ixtira etdiyi qayıq tursitlər üçün çox əlverişlidir: "Düzləltdiyim qayıq göl üçün daha əlverişlidir. İstirahət mərkəzlərinin sahibləri bu qayıqları alıb, daha çox gəlir əldə edə bilərlər. Adətən istirahət zonalarında ensiz qayıqlar istifadəyə verilir. Mənim ixtira etdiyim qayıq isə həm rahatdır, həm də çox təhlükəsizdir. Xüsusi siqnalizasiya sistemi var. Mühərrik dayansa belə, avarlar vasitəsi ilə sahilə çıxmaq olur".

Fərhad usta deyir ki, ixtirasına patent alsa da, bu illər ərzində satışını təşkil edə bilməyib. "Romantik" adlı qayıq 25 min manata başa gəlib. Mühərriki 10 at gücündə, sürəti isə saatda 45-50 kilometrdir.

Onun digər layihəsi də "LUAZ" adlı avtomobildir. Avtomobilin mühərrikinin həcmi 1200 kubsantimetr, saatda sürəti isə 80 kilometrdir. Avtomobil 100 km-ə 9 litr yanacaq sərf edir. Maşın texniki baxışdan da uğurla keçib. Sahibi onun çaydan və buzlu yollardan rahatlıqla keçmə qabiliyyətinin olduğunu iddia edir.

F. İsmayılov hazırda yeni ixtirası üzərində çalışır. Digər ixtiraları kimi buna da patent ala bilsə, neftin Xəzər dənizinin ekologiyasına vurduğu ziyanı kəskin azalda biləcək. Hətta əldə edilən neftin emalı da mümkün ola bilər.
Daha ətraflə təqdim etdiymiz videodan izləyə bilərsiniz.

Məğrur MƏRD
Fotolar müəllifindir

a (1).jpeg (121 KB)

a (2).jpeg (90 KB)

a (3).jpeg (137 KB)

a (4) (1).jpeg (116 KB)

a (5).jpeg (122 KB)

a (6).jpeg (121 KB)

a (7).jpeg (128 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR