İnsanlara hürriyət, millətlərə istiqlal!

72 yaşlı səyyah İtaliyadan Çinə 22 min kilometr yolu piyada qət edəcək

1420 30.04.2022 16:35 Maraqlı A A

İtaliyada yaşayan 72 yaşlı səyahətçi Vyana Kammarota dünyaca məşhur italyan səyyah Marko Polonun marşrutu ilə Venesiya-Pekin arasında 22 min kilometr yolu piyada qət etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Venesiyadan yola çıxan səyyah 15 ölkədən keçməyi, Marko Polonun marşrutu ilə üç il ərzində İpək Yolu yolunu tamamlayaraq 2025-ci ilin dekabrında Pekinə çatmağı hədəfləyir. O, bu müddət ərzində Sloveniya, Xorvatiya, Serbiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, İran, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Monqolustan və Çinə səfər edəcək.

Otuz ildən çoxdur ki, gəzinti ilə məşğul olan və bir çox ölkəyə səyahət edən V.Kammarota Pekinə çatan zaman onun 75 yaşı tamam olacaq.

Xatırladaq ki, Marko Polo səyahətinə 1271-ci ildə, 17 yaşında Venesiyadan başlayıb və 20 ildən sonra İpək Yolu ilə Çinə çatıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR