İnsanlara hürriyət, millətlərə istiqlal!

72 il dəmir qəfəsdə yaşayan məşhur VƏFAT ETDİ

1787 13.03.2024 15:58 Hadisə A A

72 ilini metal kapsulda keçirən “Polio Paul” kimi tanınan Pol Aleksandr (Paul Alexander) 78 yaşında dünyasını dəyişib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da yaşayan Aleksandr təxminən 300 kiloqram ağırlığında olan bu metal kapsulda keçirdiyi vaxtla rekorda imza atıb.

Qeyd edək ki, Pol Aleksandr 1952-ci ildə altı yaşında olarkən poliomielit xəstəliyinə tutulub və iflic olub. "Dəmir ağciyər" adlanan kapsul onun sağ qalmasına imkan verib.

Məlumata görə, bu müddət ərzində Pol kollecdə oxuyub, hüquqşünas və yazar olub. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR