7 NOYABR SEÇKİLƏRİNƏ MÜNASİBƏTDƏ ATƏT-dəki İKİTİRƏLİYƏ SƏBƏB NƏDİR?
“Missiya boyu bizdə belə təəssürat olub ki, DTİHB daha çox beynəlxalq medianın, yerli QHT-lərin, Azərbaycan müxalifətinin gözləntilərini yerinə yetirmək istəyib, nəinki sübut-dəlilləri toplamaq, təhlil etməkdə əsl professional münasibət göstərmək. Bəzi hallarda DTİHB faktlara dərindən baxmayıb, qarşı tərəfi eşitməyib, nöqsanlarda günahlandırılan hakimiyyətin mövqeyini eşitmək istəməyib”.
V.Grossruk iddia edir ki, DTİHB müşahidəçiləri tez-tez şübhələrə, birtərəfli interpretasiyalara, digər subyektiv faktorlara əsaslanırlar.
ATƏT-in 7 noyabr parlament seçkiləri ilə bağlı yekun hesabatının açıqlanacağına təxminən bir ay qaldığı vaxtda qurumun daxilində Azərbaycandakı keçirilmiş seçkilərə münasibətdə fikir ayrılığının yaranması ortaya bir sıra suallar çıxarır. V.Grossrukun seçkiyə olduğu kimi qiymət verən şəxsin və qurumun əleyhinə çıxış etməsinin arxasında hansı amillər dayana bilər? Azərbaycan hakimiyyətinin belə bir vəziyyətin yaranmasında əli ola bilərmi?
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycanda keçirilmiş saxta seçkilərə münasibətdə fikir ayrılığının yaranması həm bu qurumun özünün böhran yaşaması, həm də maddi faktorlarla bağlıdır: “Qlobal iqtisadi böhranın zərbələrindən biri də dünyada demokratiyaya dəyib. Dünyada demokratikləşmədə geriləmə baş verib. Beynəlxalq təşkilatlar öz dəyərlərindən, demokratiyadan geri çəkilib. Azərbaycandakı seçkilərə münasibətdə o cür ikitirəliyin yaranması bunun əlamətidir. O şikayət məktubunu yazan və dolayısı ilə buradakı seçkilərə münasibətdə hakimiyyəti müdafiə edən adamın özü əslində qəlbinin dərinliklərində demokratiyadan əlini üzmüş bir şəxsdir. Alver edirlər, qoy etsinlər. Guya onların hesabatı kəskin və ya qeyri-kəskin yazması nəyisə dəyişir? Necə ki, bir müddət əvvəl Avropa Şurasının nümayəndələri ilə bağlı faktlar meydana çıxdı ki, onlar necə rüşvət alıb seçkinin demokratik keçdiyini bəyan ediblər, elə də başqa beynəlxalq təşkilatlar barədə faktlar, hər halda, yox deyil. ATƏT-in müşahidə missiyasının ilkin hesabatı əslində Azərbaycan reallıqlarının çox az hissəsini ifadə edirdi. Yəni orada yazılanlardan daha dəhşətli seçki pozuntuları baş verib”.
S.Cəlaloğlu bildirdi ki, yekun hesabat hətta hər şeyi olduğu kimi ifadə etsə belə, ATƏT-in Azərbaycanda hansısa müsbət dəyişikliklərə təkan verəcək addımlar atacağına inanmaq mənasızdır: “Özümüzü aldatmağa ehtiyac yoxdur. Onlar öz aralarında nəyisə bölmək uğrunda boğuşurlar-boğuşsunlar. Orada maraq davaları gedir. Məqsəd heç də Azərbaycanda demokratiyaya dəstək və bizim xalqın maraqları uğrunda mübarizə aparmaq deyil. Onların verdikləri hesabatların indiyə qədər heç bir ciddi təsirinin olmadığı bəllidir. Bundan sonra da çox güman ki, belə olacaq. Qarabağ münaqişəsi kimi ciddi məsələnin həllində ATƏT gücsüzlüyünü Astana sammitində ortalığa qoydusa, görün, demokratikləşmə məsələsində onun mövqeyi nə dərəcədə zəifdir”.
ADP sədrinin fikrincə, böhran yaşayan beynəlxalq təşkilatların Azərbaycanla bağlı fəaliyyətinə ciddi önəm vermək və onlara ümid etmək lazım deyil: “Onlar hansısa pozuntunu qabardanda belə, iqtidardan demokratiya tələbini yox, Azərbaycanın müəyyən maraqlarını güzəştə getməyi tələb edirlər. Hansısa seçki saxtakarlığı faktlarından öz maraqlarını təmin etmək üçün istifadə edirlər, nəinki Azərbaycanda demokratikləşməyə təkan verirlər”.
Həmsöhbətimiz vurğuladı ki, ATƏT-in və Avropa Şurasının üzvü olandan sonra Azərbaycanda demokratik vəziyyət pisləşmə xəttini götürüb.