67 DÖVLƏT QURUMUNUN SAYTI İLƏ BAĞLI MONİTORİNQİN NƏTİCƏLƏRİ TƏQDİM OLUNUB
Sənəddə dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələri üzrə reytinq sıralaması ifadə olunub. Sonuncu beşlikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (şəffaflıq indeksi 13.97%), Sənaye və Energetika Nazirliyinin (11.61%), Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (9.56%), Milli Təhlükəsizlik Nazirliyinin (8.95 %) saytı yer alıb. Bakı Metropoliteni İdarəsinin saytı sonuncu pillədədir, bu qurumun şəffaflıq indeksi 3.84% təşkil edir.
İlk beşliyə Mərkəzi Bankın (şəffaflıq indeksi 39.36%), Dövlət Neft Fondunun (42.15%), Hesablama Palatasının (42.29%), Vergilər Nazirliyinin (46.15%) saytları daxildir. Birinci pillədə Baş Prokurorluğun saytı (şəffaflıq indeksi 49.46%) yer alıb.
Dövlət büdcəsindən maliyyələşən 2 media quruluşunun - AzTV və İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) internet saytı da monitorinq olunub. İTV-nin saytı 67 qurum arasında 51-ci (şəffaflıq indeksi 18.48%), AzTV-nin saytı isə 59-cu (16.58%) sırada yer alıb.
Azərbaycanın dövlət qurumlarının ortalama online şəffaflıq indeksi 24,36 faiz təşkil edir.