İnsanlara hürriyət, millətlərə istiqlal!

66 yaşında ana oldu - 81 yaşlı qadının həyat hekayəsi (FOTOLAR)

1037 05.12.2019 14:46 Maraqlı A A

Adriana İliesku adlı qadın 66 yaşında uşaq dünyaya gətirməklə bütün dünyada məşhurlaşıb.

Musavat.com “haberler”ə istinadən məlumat verir ki, Rumıniyada yaşayan Adriana İliesku ən gec yaşda uşaq dünyaya gətirən qadın kimi “Ginnesin Rekordlar Kitabı”na da düşüb.

Hazırda 81 yaşı olan Adriananın qəribə və təsirli həyat hekayəsi var.

20 yaşında ailə qurmağına baxmayaraq, onun ana olmaq arzusu reallaşmayıb. Adriana uşaq dünyaya gətirməyini istəməyən ərindən tez bir zamanda boşanıb. Qadın daha sonra 9 il sonsuzluğa görə müalicə alıb. Lakin bu da bir nəticə verməyib.



Talehsiz qadın 66 yaşına çatandan sonra isə gözlənilmədən uşaq sahibi olmaq qərarına gəlib. O, süni mayalanma ilə övlad sahibi olmağı qərarlaşdırıb və onun bu dəfəki cəhdi uğurlu olub.

Həkimlərin bildirdiyinə görə, o 3 uşağa hamilə qalıb. Lakin uşaqlardan ikisi ana bətnində tələf olub. Digər biri isə, vaxtından əvvəl dünyaya gəlib. Həkimlərin səyi nəticəsində həyatda qalan körpə  qadını arzusuna çatdırıb. Doğuşdan sonra ananın vəziyyəti ağır olsa da, həkimlər onun da həyatını xilas edə biliblər.



Lakin 66 yaşında, süni mayalanma yolu ilə uşaq dünyaya gətirdiyi üçün yaxınları tərəfindən qınaq obyektinə çevrilən qadın, bütün bu təzyiqlərə sinə gərib və qızı Elizanı tək böyüdüb.

Qeyd edək ki, ixtisası rumın dili və ədəbiyyatı müəllimi olan Adriana, uşaqlar üçün 25-dən çox kitab da yazıb. 81 yaşlı qadın pensiyaya çıxdıqdan sonra isə, zamanını qızının təhsili üçün sərf edib.



“Bütün bacarığımı, zamanımı illər sonra dünyaya gələn övladım üçün sərf edirəm. İtirdiyim zamanı təlafi etmək üçün bundan gözəl şans yoxdur. Ondan başqa heç kimim yoxdu və inanıram ki, o, cəmiyyətimiz üçün yararlı vətəndaş olacaq” – deyə Adriana bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR