62 yaşlı qadının əl-ayağını bağlayıb, yandıran şəxslər tutuldu - VİDEO
Dekabrın 18-də axşam saatlarında Samux rayonunda törədilən dəhşətli qətlin üstü açılıb.
Rayonun polis və prokurorluq əməkdaşlarının birgə keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 3 nəfərdən ibarət dəstə tərəfindən törədildiyi müəyyən edilib.
Samux Rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti rayon sakinləri - 28 yaşlı Pərviz Həsənov, 27 yaşlı Rəşad Nəsibov və 25 yaşlı Azad Günəşli qabaqcadan əlbir olaraq törədiblər. Polis hər üç şəxsi saxlayıb.
Saxlanılan şəxslər ilkin ifadələri zamanı cinayəti tamah məqsədi ilə törədiklərini, evdən xeyli miqdarda qızıl-zinət əşyaları götürdüklərini etiraf ediblər. Qiymətli əşyalar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Xatırladaq ki, Samux sakini 62 yaşlı Lütviyyə İsmayılovanın yaşadığı mənzildə meyiti tapılıb. İlkin məluamtda deyilirdi ki, əməliyyat zamanı FHN əməkdaşları evdə qadının başı kəsilmiş və əl-ayağı bağlı vəziyyətdə cəsədini aşkarlayıblar. İlkin ehtimala görə, qadın yaşadığı ünvanda öldürüldükdən sonra mənzil yandırılıb.
L.İsmayılova mənzildə məktəbli nəvəsi ilə tək yaşayırmış. Hadisə vaxtı nəvəsi məşğələdə olub ("Region" TV).






