Hondurasın sabiq prezdenti Porfirio Lobonun həyat yoldaşı Rosa Elena Bonilla 58 illik həbsə məhkum edilib.
Musavat.com xəbər verir ki, məhkəmənin bu qərarı ölkədəki hər kəsi təəccübləndirib.
Rosa Elena Bonilla vəzifədə olduğu 2010-2014-cü illər ərzində ortalama hesabla 600 min dollar pulu mənimsəyib. Prokurorluğun araşdırmalarının nəticəsinə görə Bonilla mənimsədiyi pulun xeyli hissəsini ziynət əşyaları almaq üçün xərcləyib.

Eyni iddialarla Rosa Elena Bonillanın qardaşı Mauricio Mora da həbs olunmuşdu. Lakin o, sonradan bəraət alaraq azadlığa çıxıb.
Qeyd edək ki, Bonilla ilə bağlı ittihamlar, ölkədəki böyük antikorrupsiya nümayişlərindən sonra 2016-cı ildə fəaliyyətə başlayan Amerika Dövlətləri Təşkilatı (OAS) tərəfindən yaradılan Müstəqil Antikorrupsiya Komissiyası tərəfindən gündəmə gətirilmişdi.
Turan Oruc
Musavat.com









