İnsanlara hürriyət, millətlərə istiqlal!

6 rayonumuzu su altında qoymaq istəyən separatçılar - hərbi ekspert və ekoloqlar çıxış yolu haqda

5215 20.05.2023 09:07 Siyasət A A

Hərbi ekspert Ədalət Verdiyev “TV Musavat”ın efirində mühüm açıqlama verib. Ekspert Sərsəng su anbarının ermənilər tərəfdən boşaldılmasının böyük fəlakətə səbəb ola biləcəyini qeyd edib. Sitat: “Su anbarının boşaldılması bənd divarında çatlar əmələ gətirəcək. Su quruduqca böyük çatlar əmələ gətirir. Bəndlər dağılsa, bunun fəsadları böyük ola bilər. Azərbaycanın 6 rayonu su altında qalar. Bu fəlakətin qarşısını almalıyıq”.

Sərsəng su anbarı ilə bağlı problem yeni deyil. Bəllidir ki, 44 günlük müharibədən az sonra Bakı Qarabağdakı erməni icması ilə dialoq çərçivəsində bu yöndə müəyyən danışıqlar da aparıb. Amma sonra oyuncaq rejim kiminsə diktəsi ilə daha radikal mövqe tutdu və ümumiyyətlə, dialoqdan qaçdı.

Xatırladaq ki, ermənilərin 30 ildən çoxdur ki, Sərsəng su anbarının qarşısını kəsməsi ilə Xaçınçay, Yuxarı Qarabağdan gələn su arxları da quruyub. Bərdə və Ağdamda olan təsərrüfatlar da məhz Xaçınçaydan qidalanırdı. Anbarın suyundan məqsədyönlü istifadə edilməməsi, eyni zamanda kənar müdaxilələrə yol verilməsi anbardan suvarma məqsədilə istifadə edilməsini mümkünsüz edir. Bu da öz növbəsində təkcə su anbarı üçün deyil, eyni zamanda, ətraf ərazi üçün də böyük həcmdə ekoloji fəlakət yarada bilər.

Tələblərimiz yerinə yetirilməsə, aclıq aksiyasına keçəcəyik” – Laçın  dəhlizində olan Telman Qasımov DANIŞDI | KONKRET

Telman Qasımov: “Sərsəng su anbarı kimin əlindədirsə, Qarabağın taleyi də onun əlindədir”

Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a bildirdi ki, Zəngəzurda körpü üzərindəki post qurulduqdan sonra əsas məsələlərdən biri Sərsəng su anbarının nəzarətə götürülməsidir. O, su anbarını nüvə silahı ilə müqayisə etdi: “Sərsəng su anbarı ermənilər üçün nüvə silahıdır. Erməniləri Sərsəng su anbarından uzaqlaşdırmaq lazımdır. Bunun bir neçə səbəbi var. Qarşıdan yay fəsli gəlir. Onlar suyu azaldırlar. Erməni revanşistlər dəfələrlə Qarabağın Azərbaycanın nəzarətinə keçəcəyi təqdirdə Sərsəng su anbarını partlatmaq barədə hədələyici çıxışlar ediblər. Anbar ermənilərin əlində olduğu müddətdə təhdid hər zaman var. Aylardır daim bu barədə çıxışlar edirik. Biz çıxış etdikcə onlar daha da aqressivləşirlər. Sərsəng su anbarı kimin əlindədirsə, Qarabağın taleyi onun əlindədir”.

Qorxmaz İbrahimli Şuşadakı aksiyada bəzilərinin kürk geyinməsinə münasibət  bildirdi Pravda.az

Qorxmaz İbrahimli: “Anbarın partladılması ilə bağlı mütəmadi səslənən hədələr müharibə üçün zəmin yarada bilər”

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli hesab edir ki, Sərsəng su anbarı ilə bağlı təhdid sülh müqaviləsi imzalanana qədər qalacaq. Onun fikrincə, ermənilər su anbarı ilə bağlı hədələyici tədbirlərlə insanları həyəcan altında saxlamaq istəyirlər: “Şübhəsiz ki, su qıtlığı var. Sərsəng su anbarında su azalıb. Bu həm də təbii səbəblərlə bağlıdır. Son illərdə yağıntı az olub. Azərbaycan dövləti suvarma problemini həll etmək üçün yeraltı sulardan istifadə etmişdi. Qarabağ işğaldan azad edilib. Azərbaycan Silahlı Qüvvələri əraziyə nəzarət edə bilir. Anbarın partladılması ilə bağlı mütəmadi səslənən hədələr müharibə üçün zəmin yarada bilər ki, mən buna tərəddüdlə yanaşıram. Bu, sadəcə, Azərbaycana qarşı təhdid formalarından biridir. Sülh müqaviləsi imzalandıqdan sonra, Qarabağa tam nəzarəti ələ keçirdikdən sonra su anbarı ilə bağlı təhdid də aradan qalxacaq”.

Telman Zeynalov koronavirusu ekoloji silah kimi səciyyələndirdi

Telman Zeynalov: “Əraziyə baxış keçirilməlidir”

Ekoloq Telman Zeynalov mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, yağıntıların çoxalması Sərsəng su anbarının həcmini artırıb: “Sərsəng su anbarı daşsa, fəlakətə səbəb ola bilər. Vəziyyətin konkret necə olduğunu müəyyən etmək üçün əraziyə baxış keçirilməlidir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR