İnsanlara hürriyət, millətlərə istiqlal!

6 nəfərlik erməni ailəsini güllələyən rus əsgəri Türkiyə ilə sərhəddə tutuldu

3444 13.01.2015 02:20 Xəbər xətti A A

Gümrüdə 6 nəfərlik erməni ailəsini güllələyərək qətlə yetirməkdə şübhəli bilinən 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov Türkiyə ilə sərhəddə yaxalanıb. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, informasiyanı Ermənistan polisinin mətbuat xidməti təsdiqləyib.

“Şübhəli bilinən şəxs Türkiyə ilə sərhəddə, hüquq-mühafizə orqanları ilə sərhədçilərin birgə səyləri nəticəsində saxlanılıb”, - deyə mətbuat xidmətindən bildirilib. 

Xatırladaq ki, polisin məlumatına görə, yanvarın 12-də səhər Gümrüdə avtomat güllələrindən eyni ailənin 6 üzvü -  Seryoja Avetisyan (1961), Asmik Avetisyan (1959), Aida Avetisyan (1979), Armen Avetisyan (1981), Araksiya Poqosyan (1990) və 2 yaşlı Asmik Avetisyan həlak olublar. İlkin məlumatlara görə, cinayətdə bazanın həqiqi hərbi xidmətdə olan əsgəri Valeri Permyakov şübhəli bilinir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR