İnsanlara hürriyət, millətlərə istiqlal!

 6 ay sonra Zurabişvili daha prezident olmayacaq  

1051 26.05.2024 21:32 Siyasət A A

2018-ci ildəki prezident seçkisində müstəqil namizəd, Fransa doğumlu Salome Zurabişvili ikinci turda 60%-dən bir qədər az səs topladı və müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni demək olar ki, 20% səs çoxluğu ilə məğlub etdi.

Salome Zurabişvili prezident seçilməzdən əvvəl Saakaşvili hökumətində xarici işlər naziri olmuşdu. Onu Gürcüstana dəvət edən də Saakaşvili olub. Zurabişvili əslində Gürcüstana yaxın birisi sayıla da bilməzdi. O, Fransaya köçmüş gürcü mühacirlərinin nəslindəndir. Seçki kampaniyasının lap əvvəlindən gürcü dilini bilməməsi onun opponentləri tərəfindən istehza mövzusuna çevrilmişdi. Hakim “Gürcü Arzusu”nun birinci turda xanım Zurabişviliyə ciddi dəstəkləri yox idi. Lakin artıq ikinci turda bu dəstək daha açıq və həlledici oldu. İndi isə elə həmin hakim “Gürcü Arzusu” Zurabişvilini konstitusiyanı pozmaqda, vətənə xəyanət ittiham edir.  

Gürcüstanın suverenliyinin tərəfdarları Salome Zurabişviliyə daha altı ay ölkə prezidenti kimi dözməli olacaqlar-politoloq Vaso Kapanadze news.ru-ya belə deyib. O xatırladıb ki, bu yaxınlarda  parlament prezidentin impiçment cəhdi edilib, lakin bu, uğursuz alınıb. O, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Zurabişvilinin xəyanəti ilə bağlı sözlərini belə şərh edib. O,  Zurabişvilinin “xarici təsir agenti” olduğunu və ölkənin suveren inkişaf kursunun əleyhinə olduğunu vurğulayıb. 

ba8e9371601b1ad29872cc55431a7135.png (273 KB)

Bundan əvvəl Kobaxidze Gürcüstan sakinlərini mayın 26-da respublikada qeyd olunan Müstəqillik Günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, ölkə 1991-ci ildən “Musanın yolu” ilə gedir və bu da onu “vəd edilmiş torpağa” aparır. Bu məqsəd, hökumət başçısının qeyd etdiyi kimi, Abxaziya və Cənubi Osetiyanın Tbilisinin nəzarətinə qaytarılması və 2030-cu ilə qədər “Avropa millətlər ailəsinə tam üzvlük”dür. Kobaxidze əlavə edib ki, 2020-ci illərdə Gürcüstan öz suverenliyinə qarşı xüsusilə çoxlu hücumlarla üzləşib - bu, indi ölkə prezidenti tərəfindən təhdid edilir.

Qeyd edək ki, mayın 26-da ölkənin baş naziri İrakli Kobaxidze vətəndaşları Müstəqillik Günü münasibətilə təbrik mesajında 2030-cu ilə qədər Gürcüstanın Abxaziya və  Cənubi Osetiyanı qaytaracağını vəd edib. “Bizim gürcü arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaşlarımızla birlikdə vahid və güclü Gürcüstanda yaşamaqdır” deyə, o, sosial şəbəkə hesabından  bəyan edib. Baş nazir Tiflisin buna necə nail olacağını açıqlamayıb. 

Musavat.com   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR