Barda tanış olduğu sevgilisini öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb. O, özündən 23 yaş kiçik olan qadını bıçaqlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin cinayət işi üzrə məhkəmə başlayıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatlarında qeyd edilib ki, Cəbrayıl Mustafayev ali təhsillidir. Həmçinin 2012-ci ildə qəsdən adam bıçaqlamaqda təqsirləndirilərək 3 il müddətə azadlıqdan məhrum edilib. 3 il cəzasını çəkdikdən sonra azadlığa çıxıb. Məlum olub ki, o ailəlidir.
Məhkəmədə daha sonra təqsirləndirilən şəxs vəsatət verərək işin istintaqa qaytarılmasını istəyib.
O deyib ki, istintaqda verdiyi ifadələrin hamısı dəyişdirilib.
"İşimi ağırlaşdırıblar. Ona görə də geri qaytarılmasını tələb edirəm"- deyə təqsirləndirilən şəxs deyib.
Hakim qeyd edib ki, bu məhkəmənin hazırlıq iclasının predimenti olmadığından vəsatət baxılmamış saxlanılıb.
Qeyd edək ki, zərərçəkən şəxs qismində Raziyyə Verdiyeva tanınıb. O, 1989-cu il təvüllüdlüder və 1 azyaşlı övladı var.
Məhkəmə baxışı noyabrın 6-a təyin edilib.
Hadisə bu il Səbail rayonunda baş verib. Şəhər sakini Cəbrayıl Mustafayev əvvələr qeyri-rəsmi münasibətdə yaşadığı Raziyyə Verdiyevanı bıçaqlayıb. Raziyyə ilə Cəbrayılın qeyri-rəsmi münasibətlərindən azyaşlı övladları olduğu da bildirilir.
Hadisəyə səbəb Raziyyənin övladını uzun müddət Cəbrayıl Mustafayeva göstərməməsi olub. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və hadisə baş verib.
1989-cu il təvəllüdlü zərərçəkmiş qadın Bakıda barlardan birində işləyib.
İ.Muradov
Musavat.com






