İnsanlara hürriyət, millətlərə istiqlal!

51 vətəndaş fəalının Aİ və hökumətə müraciətinə reaksiyalar

778 14.12.2018 10:58 Siyasət A A

Fəzail Ağamalı: “Azərbaycanı istəməyən antimilli qüvvələrin birgə hazırlamış olduğu, ölkəmizi təhdid edən bir sənəddir”; Mirvari Qəhrəmanlı: “Hökumət görəcək ki,  vətəndaş cəmiyyətinə nə qədər ehtiyacı var”

Vətəndaş cəmiyyəti fəallarından ibarət böyük qrup dekabrın 7-də Azərbaycan hökumətinə və Avropa İttifaqına müraciət qəbul edib. Müraciətdə əməkdaşlıq haqqında gələcək müqaviləyə hüquqi və siyasi islahatların daxil edilməsinin vacibliyi qeyd olunub.

Müəlliflər xatırladırlar ki, 24 noyabr 2017-ci il tarixində imzalanmış “Şərq Tərəfdaşlığı” sammitinin birgə bəyannaməsində Aİ və Azərbaycan dərin və hərtərəfli əməkdaşlıqla bağlı iradələrini təsdiq ediblər. Aİ və Azərbaycan arasında əlaqələrin dərinləşməsi demokratiya, qanunun aliliyi və yaxşı idarəçilik, insan hüquq və fundamental azadlıqlara hörmət edilməsi kimi birgə öhdəliklərə və prinsiplərə əsaslanmalıdır".

Hesab edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi iqtisadi rifaha, demokratikləşmə prosesinə və insan hüquqlarının təşviq edilməsinə mənfi təsir göstərir. Bu münaqişə sülh yolu ilə beynəlxalq norma və prinsiplərə əməl edilməklə həll edilməlidir", - müraciətdə deyilir. Müraciəti vətəndaş cəmiyyətinin 51 görkəmli təmsilçisi imzalayıb.

Müraciətin təşəbbüskarlarından biri, Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin prezidenti, hazırda ölkədən kənarda yaşayan Leyla Əliyeva müraciətlə bağlı ASTNA-nın suallarına cavab verərkən bildirib ki, məqsədləri Azərbaycan cəmiyyətinin kimliyindən və dəyərlərindən xəbər verməkdir. Leyla xanım ölkəmizi qonşu dövlətlərlə də müqayisə edib.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı 51 nəfərin bu müraciətinə “Yeni Müsavat”da belə şərh verdi: “Müraciətlə mətbuatda tanış oldum. Leyla xanımın müsahibəsini də oxudum. Mənə elə gəlir ki, burada yetərincə konyunktura var. Sanki sifarişli bir yanaşmadır. Azərbaycanın tutmuş olduğu yola kölgə salan və təhdid xarakteri daşıyan bir müraciətdir. Heç kəsə sirr deyil ki, Azərbaycan 1991-ci ildən etibarən Avropa İttifaqı ilə yaxın əlaqələr qurmağa çalışır. Sonralar bu əlaqələr ən müxtəlif sazişlərlə rəsmiləşdirilib. 2009-cu ildə biz ”Şərq Tərəfdaşlığı Proqramı"na daxil olduq. Bu proqram çərçivəsində Avropa Birliyi ilə hərtərəfli əməkdaşlığı təmin etmək üçün danışıqlar aparırıq. Rəsmi açıqlamalardan çıxış edərək danışıqların uğurla getdiyini deyə bilərik. Azərbaycan bu gün bütün mənalarda Cənubi Qafqazın lider dövlətidir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ile ilgili görsel sonucu

Bunu nə mənim, nə də rəsmi şəxslərin açıqlamalarına istinad edərək söyləmək gərək deyil. Ən azından bunu dünyanın aparıcı qurumları apardıqları araşdırmalardan və sorğulardan sonra dəfələrlə etiraf ediblər. Azərbaycanla Avropa İttifaqı arasında gedən danışıqlara, əlaqələrə zərbə vurmaq cəhdləri Leyla xanımın müsahibəsində açıq görünür. Burada ən çox məni narahat edən o oldu ki, bu münaqişə sülh yolu ilə beynəlxalq norma və prinsiplərə əməl edilməklə həll edilməlidir. Nəyə görə bura Azərbaycanın ərazi bütövlüyü salınmır? Ərazi bütövlüyümüz beynəlxalq norma və prinsiplərə uyğun şəkildə həll edilməlidir. Bu daha düzgün olardı. Ərazi bütövlüyümüzün orada əz əksini tapmaması sual doğurur. Demək, burada başqa niyyətlər var. Həmin şəxslərin üzərlərində duran şəxslər olduğu üçün onlar məsələyə bu cür yanaşmağa üstünlük verirlər. Azərbaycanda guya insan haqlarının olmaması, siyasi məhbus, söz azadlığı, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı fikirlər artıq o qədər çeynənib ki, insan buna əhəmiyyət vermək istəmir. Ölkəmizdə kimin bu gün söz azadlığı boğulur? Sosial şəbəkələrdə istədiklərini ifadə edirlər. Fransada baş vermiş hadisələr göz önünə gətirilməlidir. Bəli, Avropa dəyərləri əhəmiyyətlidir.

Biz onun dəyərlərinə doğru addım-addım irəliləyirik. Azərbaycan bu gün beynəlxalq qurumlarla sıx əməkdaşlığa malikdir. Ölkəmiz Avropa İttifaqına daxil olan dövlətlərdən 9-u ilə ikitərəfli strateji əməkdaşlığa malikdir. Azərbaycan təkcə Avropa Birliyi ilə deyil, ittifaqa daxil olan ölkələrlə də yaxından əlaqələr qurur. Burada Rusiya amili önə çəkilir. Azərbaycan Rusiya ilə bir-birinin daxili işlərinə qarışmamasının fonunda yaxından əməkdaşlıq edir.  Rusiyanın Azərbaycanda “Beşinci kolon”u var, bunu istisna etmək olmaz. Amma bu “kolon” ölkə daxilində gedən proseslərə təsir etmək gücündə deyil. Çünki prezidentin xalqa yönəlik siyasətinə alternativ yoxdur. Hazırda Avropadan üstün dəyərlər də var. Bu sırada Sinqapur, Yaponiya kimi ölkələrin adlarını çəkə bilərik. Müraciətdə siyasi islahatlara toxunulub. Bu gün Azərbaycanda həm hüquqi, həm siyasi, həm sosial, həm də iqtisadi islahatlar uğurla davam etməkdədir. Bu tip sənədi uğurlu hesab etmirəm. Düşünürəm ki, bu sənəd Azərbaycanı istəməyən antimilli qüvvələrin birgə hazırlamış olduğu, ölkəmizi təhdid edən bir sənəddir. Bu, məndə böyük təəssüf doğurur".

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı belə bir müraciəti vacib hesab edir: “Tiflisdə keçirilən son forumda Azərbaycanın vətəndaş cəmiyyəti çox bərbad olub. Buna səbəb də vətəndaş cəmiyyətinin mövcud durumudur. Biz daim etirazımızı bildirmişik. Hazırda QHT-lərin fəaliyyətini cəmiyyət demək olar hiss etmir. Bu təşkilatların çoxu müxtəlif qurumların, şəxslərin nəzarəti altındadır. Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə bu məsələləri daxil etmək mütləqdir. Proseslərin bu şəkildə davamı hakimiyyətə də sərf etmir. Zaman gələcək hökumət görəcək ki, vətəndaş cəmiyyətinə nə qədər ehtiyacı var. Ölkədə hüquqi və siyasi islahatlar getmir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR