İnsanlara hürriyət, millətlərə istiqlal!

5 milyard varidatı olan restoranlar kralı: “Bakıda yediyim pomidor-yumurtanı unutmayacam” - FOTOLAR

3903 26.05.2018 16:21 Son xəbər A A

“Bakıda hansi kafeyə, restorana girməyinin, nə yeməyinin fərqi yoxdur; hər şey olduqca dadlıdır. Düşbərə, kabablar, plov...Günlərlə danışmaq olar. Mən burda yediyim pomidor-yumurtanıı heç harda yeməmişəm, unutmayacam da. Həmin restoranın sahibi bu yeməyin hazırlanmasının sirrini mənə açdı. Amma sizə deməyəcəm”.

Musavat.com-un məlumatına görə, bu sözləri Rusiya KİV-ə bir qədər əvvl Bakıda səfərdə olan, Rusiyada restoranlar kralı kimi tanınan Arkadi Novikov bildirib.

Novikov onu da deyib ki, Bakıda yediyi dolmadan ümumiyyətlə doymurmuş. “Bu dad magik idi desəm, yanılmaram. Mən dolmanın reseptini bilirəm. Amma necə eləmək lazımdır ki, Bakıdakı kimi dadlı olsun, bax, bunu bilmirəm”, - deyə o bildirib.

Xatırladaq ki, restorator Arkadi Novikov Rusiyada böyük varidata sahibdir. Onun varidatının həcmi 5 milyard rubl, təxminən 80 milyon dollar dəyərindədir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR