“5 İLDƏ ORTA MƏKTƏBDƏ ŞAGİRDLƏRİN SAYI 270 MİN AZALIB”
Nəticələri şərh edən “21-ci əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev imtahandan əvvəl verdiyi proqnozlarının doğrulduğunu dedi: “Qəbuldan 10 gün qabaq qeyd etmişdik ki, builki nəticələr ötən ilkindən zəif olacaq. Bu artıq 3 qrupda özünü doğruldub. 3-cü qrupda abituriyentlərin 50 faizdən çoxu 0-182 bal toplayıb. Bu, çox pis nəticədir. O səbəbdən keçid ballı 50 bal aşağı salınmışdı. 1-ci qrupda abituriyentlərin cəmi 25 faizə yaxını müsabiqə balından yuxarı bal toplayıb. 75 faizi isə 0-200 bal toplaya biliblər. Bu da çox pis nəticədir. 4-cü qrupda da 75 faiz yenə 250 baldan aşağı nəticə göstərib. Bütün bunlar onu göstərir ki, orta təhsilin keyfiyyəti ilbəil aşağı düşür. Təəssüflər olsun ki, müstəqillik əldə etdiyimiz dövrdən düzgün təhsil islahatları aparılmadı. Azərbaycan təhsilinin bütün pillələri bərbad vəziyyətdədir. Əgər repetitor təhsili varsa, bu, məktəb təhsilinin davamı olmalıdır. Amma repetitorlar bütün fənlər üzrə uşaqları başlanğıcdan hazırlayırlar. Artıq hamıya bəllidir ki, abituriyentlərin 80-90 faizi repetitor yanına gedir. Nəticələr göstərir ki, deyəsən artıq onlar da yorulublar”.
E.Əliyevin sözlərinə görə, bir neçə fənn üzrə tanınmış repetitorlar qiymətləri ilbəil bahalaşdırırlar: “Əhalinin imkanları da zəiflədiyi üçün bu tələbatı ödəyə bilmir. Evlərdə təhsilin geniş vüsət alması məktəbin funksiyalarını zəiflədib. Bir vaxtlar bəyan edirdilər ki, təhsil qanunu yoxdur, vəsait çatmır, müəllim çatışmazlığı var və s. İndi artıq bunlar bəhanə gətirilə bilməz. Təhsilə ayrılan vəsait ilbəil artır. Ölkədə bir neçə ali məktəb müəllim hazırlayır. Yeni məktəb binaları tikilir amma təhsilin keyfiyyəti aşağı düşür. Bu haqda hökumət ciddi düşünməlidir”.
Qeyd edək ki, 4-cü qrupa imtahan keçirilən zaman bir neçə valideyn qeyd etmişdi ki, övladlarını 9-cu sinifdən məktəbə qoymurlar. Yalnız repetitor yanına getməklə təhsil alırlar. Maraqlıdır bəs bu halda onlar necə attestat ala bilirlər?
E. Əliyev öncə onu qeyd etdi ki, son 5 ildə orta məktəbdə şagirdlərin sayı 270 min azalıb: “Bu dəhşətli rəqəmdir. Yəni valideynlər orta məktəbin perspektivini artıq görmürlər. Ali məktəbə daxil olmaq üçün orta məktəb təhsili kifayət etmir. Uşaqlar repetitor yanına getməlidir, bu isə əhalinin gəlirləri ilə uzlaşmır. Bu gün hökumət həyəcan təbili çalmalıdır ki, nə səbəbdən məktəb ona qoyulan vəsait və göstərilən qayğını doğrultmur. Məktəb özünün süqut dövrünü yaşayır. Artıq orta məktəb klassik funksiyalarının heç birini özündə saxlamayıb - nə təhsil və tərbiyə verə bilir, nə vətəndaşın fiziki hazırlığının möhkəmlənməsinə nə də şagirdlərin asudə vaxtının təşkil olunmasına yardımçı ola bilmir.
Qeyd edək ki, 2-ci qrup üzrə sonuncu imtahan iyulun 23 də keçiriləcək.