49 adda kitabın Azərbaycana idxalına qadağa qoyulub
Ötən il ayrı-seçkiliyi, dini dözümsüzlüyü və radikallığı təbliğ edən 49 adda kitabın ölkəyə idxalına qadağa qoyulub. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci il üçün illik hesabatında qeyd edilib.
Hesabata əsasən, il ərzində ümumilikdə 791 adda dini məzmunlu ədəbiyyatla əlaqədar araşdırma aparılıb. Çap olunmaq məqsədi ilə ekspertizaya təqdim olunmuş 131 adda dini ədəbiyyatdan 3-nün çapı məqsədəuyğun sayılmayıb. İl ərzində mətbəə və nəşriyyatların rəhbərləri, dini ədəbiyyatın satışını həyata keçirən hüquqi və fiziki şəxslərlə davamlı görüşlər keçirilib və tövsiyələr verilib.