İnsanlara hürriyət, millətlərə istiqlal!

45 yaşlı kişini küçədə bıçaqladılar

527 08.11.2015 16:57 Kriminal A A
Bakıda gündüz saatlarında 45 yaşlı kişi küçənin ortasında bıçaqlanıb.

Musavat.com-un verdiyi xəbərə görə, hadisə Binəqədi rayonu, Goradil bağları massivində baş verib.

Tanımadığı şəxslə mübahisəsi düşən 1970-ci il təvəllüdlü Abşeron rayon sakini İbrahimxəlil Əzizov sonda bıçaqlanıb.

Naməlum şəxs onun döş qəfəsindən bir bıçaq zərbəsi vurub. İ.Əzizov yaralı vəziyyətdə Sumqayıt şəhər Travmotologiya Xəstəxanasına yerləşdirilib. 

Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR