İnsanlara hürriyət, millətlərə istiqlal!

42 yaşlı qadını “cin çıxarma” adı ilə ÖLDÜRDÜLƏR

1185 24.01.2024 15:36 Dünya A A

Özbəkistanın Daşkənd vilayətinin Akkurqan rayonunda cin çıxardıqlarını iddia edən iki kişi 1981-ci il təvəllüdlü qadına işgəncə verərək öldürüb.

Musavat.com Kun.uz-a istinadən xəbər verir ki, hadisə 2023-cü ilin iyulunda baş verib.

Cinayət işinə 22 dekabr 2023-cü ildə Akkurqan rayon məhkəməsində baxılıb.

Məhkəmə hökmündə bildirilir ki, təqsirləndirilən şəxslər 35 yaşlı Rəhim Boltaboev və 44 yaşlı Yusuf Turaxodjayev 2023-cü il iyulun 16-dan iyulun 20-dək əlbir olub, dələduzluq yolu ilə əmlak əldə ediblər.

Məlumata görə, Akkurqan rayonunda yaşayan 42 yaşlı qadının evinə gələn iki kişi onu bədənində cin olduğuna inandırıb. 

Belə ki, onlar “cin çıxarma” zamanı özləri ilə gətirdikləri çəkic və zəncirlə qadını döyüblər. Nəticədə qadın 20 iyul 2023-cü ildə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Məhkəmənin hökmü ilə Rəhim Boltaboyev 3 il, Yusuf Turaxodjayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR