İnsanlara hürriyət, millətlərə istiqlal!

“42-ci DAİRƏDƏ ÖZÜMƏ RƏQİB GÖRMÜRƏM”

1210 08.10.2010 09:39 Siyasət A A
Partiya sədri bizimlə söhbətində bildirdi ki, yerli qurumlar digər müxalifət namizədləri kimi ona qarşı da əngəllər yaratmağa çalışsa da, bunların qarşısını ala bilib: “Bizdə proses mərhələ-mərhələ gedir. Hər şey qaydasındadır. Kifayət qədər maneə cəhdləri oldu. Amma Allaha şükür, hamısını aradan qaldırdıq. Qanun bilməyənlərə qanunu başa saldıq. Yerlərdə qanunları bilməyənləri biz başa saldıq, dairədə bilməyənləri isə MSK başa saldı. Doğrudur, buna qədər xeyli problemlərimiz, şikayətlər oldu. Amma məsələni sülh yolu ilə qaydaya sala bildik”.
M. Mirəlioğlu bildirdi ki, təbliğat kampaniyası zamanı daha çox seçicilərin arasında olacaq: “Bütün tatktikalardan, bir çox qarışıq taktikalardan yararlanacağıq. Ancaq hazırda onların hamısını açıqlamaq istəmirəm. Təbliğat kampaniyası başlayanda onları görəcəksiniz”.
Qeyd edək ki, 42 saylı dairədən namizədlərin sayı çoxdur. Ancaq KXCP sədri rəqiblərinin çox olmasından narahat deyil: “Burada namizədliyini irəli sürən xeyli şəxs var və biz onların hamısına uğurlar arzulayırıq. Amma burada rəqibimiz yoxdur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR