Xaçmazda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda ittiham edilən şəxsin məhkəməsi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 42 yaşlı Şöhrət Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Ş.Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ş.Quliyevin yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 41 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Ş.Quliyev həmin kolları şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.
Ş.Quliyev narkotik ittihamı ilə daha əvvəl də məhkumluq həyatı yaşayıb.
İlkin Muradov
Musavat.com