İnsanlara hürriyət, millətlərə istiqlal!

40 qəpik borc aldığı tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

1775 28.09.2017 12:17 Kriminal A A

40 qəpik pul istədiyi tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib. O, xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda təqsirli bilinən Elşən Bəndəliyevdir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə prokuror vəsatət verərək təqsirləndirilən şəxsin məhkəmə iclaslarından yayınma ehtimalının ola biləcəyini deyib. Prokuror təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Tural Süleymanlı isə vəsatətin təmin edilməməsi istəyib.

Hakimlər kollegiyasının qərarına əsasən vəsatət təmin edilib.

Məhkəmədə Elşən Bəndəliyev barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və barəsində həbs qətimkan tədbiri seçilib. O, Məhkımə zalından həbs edilib.

Hadisə 2016-ci ilin yanvar ayında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən kafede baş verib. Elşən Bəndəliyev tanışı Yadigar Rüstəmovla birlikdə kafedə oturduqdan sonra mübahisə zamanı xuliqanlıq niyyəti ilə ona bir dəfə bıçaq zərbəsi vurub.

Daha sonra hadisə yerindən qaçan Elşən Bəndəliyev barəsində həbs qətimkan tədbiri seçilməyib. O, bir neçə dəfə istintaqdan yayınıb.

Elşən Bəndəliyev istintaqa ifadəsində hadisəni bilərəkdən törətmədiyini deyib.

O, bildirib ki, bıçaq tanışına təsadüfən dəyib: "Kafedən ondan pul istədim. Münasibətlərimiz çoz yaxşı idi. 40 qəpik pul götürdüm. Həmin vaxt bıçaq cibimdə idi. Bıçaq bilmədən ona batdı".

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR