İnsanlara hürriyət, millətlərə istiqlal!

"40 milyon həmyerlimizdən 1 milyonu ayağa qalxsa, bu, İrana bəs edər!" - Rauf Arifoğludan SƏRT açıqlama - VİDEO

601 10.04.2023 22:07 Son xəbər A A

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavat-ın canlı efirində aparıcı Sevinc Telmanqızının qonağı olub.

Musavat.com xəbər verir ki, Rauf Arifoğlu verilişdə Azərbaycan-İran münasibətlərinə toxunub. 

"İran səfirini geri çağırıb, biz də terror hadisəsindən sonra səfirimizi geri gətirmişdik. Səfir o zaman dəyişir ki, artıq onun yaratdığı kommunikasiyalara gərək qalmır. İranın son səfiri də redaksiyaları ziyarət edirdi, müsahibələr verirdi, hansısa xəbərə görə bəzən özü zəng edirdi, təkzib verirdi", - Rauf Arifoğlu deyib. 

Rauf Arifoğlu qeyd edib ki, biz artıq İranla müharibə vəziyyətindəyik, diplomatiyanın son nöqtəsinə gəlib çatmışıq.

Ətraflı videoda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR