İnsanlara hürriyət, millətlərə istiqlal!

4 nəfərin ölümünə səbəb olan iş adamının məhkəmə işi- Mərhumun hüquqi varisi onu bağışladı

2407 26.11.2021 18:05 Kriminal A A


Bir neçə ay öncə Novxanı-Sumqayıt yolunda “Range Rover” markalı 10 CO 002 nömrəli avtomobillə qəza törədərək 4 nəfərin ölümünə səbəb olan iş adamı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qəzada dünyasını dəyişən şəxslərdən birinin hüquq varisi dindirilib. O, şikayət və tələblərinin olmadığını deyib.

Xatırladaq ki, digər vəfat edənlərin yaxınları da Kəlbəliyevi bağışlayıb.

İttihamda göstərilib ki, 14 iyun 2021-ci ildə Binəqədi rayonunun Novxanı bağlar sahəsində E.Kəlbəliyev sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Yorğun və əzgin vəziyyətdə qaydalara əməl etməyərək qarşısını almaq imkanı olduğu halda sağlamlığa ağır zərər vurmaqla və avtomobilə maddi ziyan vurmaqla Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinin tələblərini pozub.

Nəticədə E.Kəlbəliyevin idarə etdiyi avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. E.Kəlbəliyev “Daewoo Damas” markalı avtomobildə olan Bakı şəhər sakinləri Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlovun ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurmaqla onların ölümünə səbəb olub.

Elşad Kəlbəliyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

“Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni olan E.Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.

O həm də "Əlincə” futbol klubunun prezidentidir.

Xatırladaq ki, bu ilin iyununda Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər. Hadisə vaxtı E.Kəlbəliyev sərxoş vəziyyətdə olub. İş üzrə Emin Hüseynəliyev adlı şəxs də zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, hadisədən təxminən 20 gün sonra “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşı Gülnar Hüseynova 90-HN-009 nömrəli “Mercedes Galandewagen” markalı avtomobillə qəza törədərək “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR