İnsanlara hürriyət, millətlərə istiqlal!

4 kəndi geri aldıq- növbəti qələbənin siyasi-hərbi üstünlükləri

756 24.05.2024 11:31 Dünya A A

“Qazaxın 4 kəndi - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı bu gün Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülüb. Beləliklə, 44 günlük müharibə, ardınca Qarabağda suverenliyimizin bərpasından sonra Azərbaycan heç bir güzəşt etmədən işğal altında qalan torpaqların azad edilməsi istiqamətində növbəti qələbəni təmin etdi”.

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib. O hesab edir ki, 4 kəndin azad edilməsinin siyasi-hərbi üstünlükləri də var:

“Azərbaycan və Ermənistan sərhədinin ilk demarkasiyası həyata keçirildi. Bu, ilk növbədə Bakı və İrəvanın problemlərini ikitərəfli formatda həll etməsi presedentini yaradır. İkincisi Azərbaycanın Qazax-Tavuş istiqamətində hərbi-strateji mövqeləri gücləndi. Bu da o deməkdir ki,  Ermənistanın “güclü” adlandırdıqları şimal müdafiə xətti faktiki olaraq ləğv olundu;

Üçüncüsü,  Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, Ermənistan alternativ yol inşa etmək məcburiyyətindədir.

Və ən mühüm məqam Azərbaycanın Qarabağın azad edilməsindən sonra sərhəd istiqamətində işğalda olan ərazilərin azad edilməsinə nail olmasıdır. Bu, perspektivdə anklavların, həmçinin, SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizin ən azı sərhəd boyunca yerləşən hissəsinin azad ediləcəyi gözləntisini də önə çıxarır”.

 

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR