İnsanlara hürriyət, millətlərə istiqlal!

4 İran vətəndaşının saxta sənədlərlə Azərbaycana daxil olmalarının qarşısı alınıb

556 22.11.2018 15:38 Son xəbər A A

Son günlərdə 4 İran vətəndaşının saxta sənədlərlə Azər­­­­­­bay­canın döv­lət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, noyabrın “Tehran-Bakı” aviareysi ilə Azərbaycana gələn İran vətəndaşları 1969-cu il təvəl­lüdlü Abdikord Əli Qulamrıza, 1978-ci il təvəllüdlü Ebrahim­niaom­rani Arzu Qulaməli, 2015-ci il təvəllüdlü Abdikord Afşin Əli oğlu və 2001-ci il təvəllüdlü Abdikord Afaq Əlinin sərhəd nəzarətinə təqdim etdikləri İtaliya pasportları şübhə doğurub, dərinləşdirilmiş laborator müayinə nəticəsində saxta olmaları müəyyən edilib.

Araşdırma zamanı saxlanılan şəxslərin üzərində onlara məxsus İran pasportları aşkar olunub, həmin pasportlara əsasən onların noyabrın 17-də "Tehran-İstanbul" aviareysi ilə uçmaları və bir gündən sonra geri qayıtmaları müəyyən olunub. Saxta İtaliya pasportlarını da Türkiyədən almaları ehtimal edilir.

Müvafiq araşdırmalardan sonra saxlanılan şəxslər gəldikləri istiqamətdə Azərbaycan ərazisindən deportasiya olunublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR