İnsanlara hürriyət, millətlərə istiqlal!

4 imperator anası Sorqoktani Beki – Çingiz xanın ən kiçik gəlini imperiyanın ən güclü qadınına necə çevrildi?

3857 12.06.2023 16:03 Yazarlar A A

Kiçik və savadsız xristian qızı onu gözləyən naməlum gələcəkdən özünü xilas etdi

Hər şey Çingiz xanın öz oğullarına əvvəllər müttəfiqi, sonradan düşməninə çevrilmiş Kereit Xanı Toğrulun və ya başqa cür adıyla Ong xandan qızlarını oğulları üçün istəməsi ilə başladı. Bəlkə də Ong xanı Çingiz xanın bu təklifinə hə cavabı versəydi, tarix başqa cür yazılacaqdı. Çingiz xanın istəyini geri çevirən Ong xan 1203-cü ildə məğlub edilir, onun qardaşı qızı Sorqoktani Beki onun ən kiçik oğlu Tuluyla, böyük bacısı isə Çingiz xanın özü ilə evləndirilir. Bu evlilikdən sonra Tuluyun baş hərəmi elan edilən Bikə hər biri sonradan imperatora çevrilən Möngkə xan, Xubilay xan, Arıq Böke və Elxanilər dövlətinin qurucusu Hülaki xanı dünyaya gətirəcəkdi.

Tuluy oğullarının, qoşun və təbəələrini Bikənin əmrinə tabe olmasını əmr edir. Ərinin sağlığında belə onun nüfuzu o qədər çox idi ki, sağlığında çəkilmiş miniatür şəklində əri Tuluy ilə eyni taxtda, eyni boyda olaraq təsvir edilir.

tarixx.PNG (851 KB)

Bu nüfuz ərinin ölümündən sonra daha da artır. 1232-ci ildə ərinin ölümündən sonra Tuluy xəttinin ali statusunu qorumağa çalışdığı üçün Bikənin gücü artmağa davam etdi. Bikə, ərinin əvvəllər nəzarət etdiyi ulusun idarəsini və hərbi işlərini öz üzərinə götürdü və bununla da qadınların kişilərdən geri qalmadığını sübut etdi. Amma bu ona elə də asan başa gəlməmişdi...

Sarqoktani bunlara necə nail olur?!

Tuluyun xəstələnərək ölməsindən sonra çöl adətinə görə Sarqoktani ərinin ailəsindən kiminləsə evləndirilməli idi. O dövrdə atanın arvadlarından birini almaq və ya qardaşı arvadı ilə evlənmək kimi adət monqollar arasında məşhur idi. Ogeday qardaşı arvadını oğlu Göyüklə evləndirmək istəsə də Bikə buna qarşı çıxaraq niyyətinin ancaq övladlarını böyütmək niyyətində olduğunu və ərindən qalan hakimiyyətini özünün idarə etmək niyyətində olduğunu Ögedaya söyləyir.
Ogeday razılaşmaq istəməyəndə Sarqoktani ərinin və özünün ona verdiyi qurbanları xatırladır.

Ögeday doğrudan da Tuluya borclu idi. Çingiz xanın ölümündən sonra monqol ordusunun çox böyük hissəsi Tuluyun nəzarətində olsa da, atasının vəsiyyətinə əməl edərək Ögedayın Böyük Monqol xanı olmasında heç bir problem yaratmamış, ona sədaqət andını içmişdi. Bir neçə il sonra Ögeday ağır xəstələndiyində onun ruhunu xəstə ruhlardan qurtarmaq üçün ənənəvi bir monqol mərasim təşkil edildi. Şamanlar Ögedey xanın ruhunu yerinə başqasını almaq üçün ruhlara qızıl, gümüş, mal-qara və ya girov olaraq nə isə vəd etdilər. Mərasimdə iştirak edən Tuluy “Ögedey xanın əvəzinə məni qəbul edin, ona bu xəstəlikdən şəfa verin və onun əziyyətini mənə verin” deyərək şamanın ovsunlaşmış suyunu içdi. Tezliklə Ögedey xan sağaldı, lakin səfərə gedən Tuluy xəstələnərək 1232-ci ilin payızında öldü. Sarqoktaniyə isə Ögedayın şəxsi minnətdarlıq borcu vardı ki, bu barədə aşağıda bəhs ediləcək.

Bikənin sadaladığı faktlar qarşısında təslim olan Ögeday Tuluy ulusunun idarəçiliyini "dünyanın ən ağıllı qadını" Sorqoktaniyə verməyi əmr etdi.

Belə görünürdü ki, Sorqoktani Bikə Ögedaya sədaqətini sonsuza qədər davam etdirəcək. Lakin ilk illərdə o, Ogeday xanın ulusu ilə sıx əlaqələr qursa da, sonradan Ögedayın ölümündən sonra yeni xanın seçiləcəyi böyük qurultaya qədər Cuci ulusu, Batu xanla da sıx, həm də gizli əlaqələr qurmağa nail olur. Görünüşdə o, siyasi intriqalardan uzaq durmağa çalışırdı, əslində siə hər şey onun müəyyən etdiyi xətti üzrə inkişaf edirdi...

Sorqoktoni xatunun uzagörən siyasəti və gizli niyyəti... Böyük Xanın taxtı taxtı uğrunda mübarizə və Sorqoktainin böyük oğlu Möngke xanın yüksəlişi!

Ögedayın Sarqoktaniyə şəxsi minnətdarlıq borcu Bikənin birinci övladı Möngke xanla bağlı idi. Çünki, anadan olan kimi Möngkeni əmisi Ögedey xan onu arvadların biri, uşağı olmayan Anqui üçün oğulluğa götürmüşdü.. Ögeday fars alimlərindən ona yazmaq və oxumağı öyrətməyi əmr edir. Ögeday Möngeni öz doğma oğlu kimi sevirdi.

1241-ci ildə Ögedayın vəfatından sonra onun ulusuna arvadı Töregenə xatun 1246-cı ilə qədər naiblik etdi və o, böyük qurultayda oğlu Göyükün xan seçilməsinə nail oldu . Bu yolda Töregenə Böyük xan tituluna yiyələnməyə çalışan Çingiz xanın qardaşı Temugenin niyyətlərinin qarşısını almağa və edamına nail olmuşdur.

Hakimiyyətə gələn Göyük fərqli və yanlış siyasət yürütməyə başlayır. Xanlıq titulunun təsdiqi üçün onsuz da yaxşı münasibətdə olmadığı əmisi Batu xanın yanına getməyərək Göyük anasının, eləcə də Sorqoktani Bikənin adsız hakimiyyətini sarsıtmağa çalışır. Sarqoktani Göyükün niyyətini başa düşsə özünü sadiq göstərməyə çalışır.

Sarqoktanini birdən-birə məqlub edə bilməyəcəyini başa düşən Göyük xalq qarşısında onu Böyük Yasaya xəyanət etmədiklərinə görə təriflədi . Əslində isə Göyükün niyyəti düşmənlərini bir-bir məğlub etmək idi. 1248-ci ilin yazında Göyuk İtil sahilinin iqliminin sağlamlığına xeyir verdiyini bəhanə edərək böyük bir ordu ilə qərbə doğru , əslində Batu xanın üzərinə hərəkət etdi. Sorqoktani xanı gizlicə xəbərdar etdi. Səfər zamanı qəfildən vəfat edən Göyükün dəfninə Sorqoktani və Batu onun dəfni üçün qiymətli parçalar və başqa əşyalar göndərdilər. Onun ölümü beləcə iki müttəfiq sirr olaraq qaldı.
Göyükün ölümündən dərhal sonra Sorgaqtani böyük oğlu Möngkeni Qızıl Ordaya, Batu xanın yanına əl öpməyə göndərdi. Batu qərb yürüşündə onunla birlikdə döyüşmüş Möngkeni Ögedayın digər övladlarının etrazına baxmayaraq dəstəklədi.

destek.PNG (493 KB)

1250-ci ildə Sibirdə, Ala Qamaq adlı yerdə  Batu tərəfindən təşkil edilən qurultayda  Möngke Böyük Xan adlandırıldı . Bu hadisə böyük səs-küyə səbəb olur. Çünki qurultay adət-ənənələrə görə Çingizin doğulduğu monqol torpaqlarında olmalı idi və 1251—ci ildə yenidən monqol torpaqlarında ikinci  qurultay təşkil edilir.  Sarqoktani bütün siyasətini işə salır. O, bütün monqol əyanlarına “Heç bir bəhanə və ya təxirə salınma qəbul olmayaq. Əgər sizin əməkdaşlıq və birlik haqqında düşüncələriniz varsa, qurultaya gəlməlisiniz ki, birlikdə imperiyanın gələcəyini müəyyən edək”.  O, monqol əyanlarını Böyük Xanın ancaq Çingizxanın yurdundan ola biləcəyi haqda inandırmağa nail olur. Qüdrətli zadəganların onsuz da bu vaxta qədər onları hədiyyələrə qərq etmiş Xatuna minnətdarlıq borcları var idi.  Möngke Böyük Xan titulunu rəsmi olaraq alır. Ögedayın digər oğulları və Göyükün  ailəsi onu devirməyə cəhd etsələr də, bacara bilmədilər. Sarqoktaninin otağında qurulan məhkəmədə  Göyükün dul arvadı Oğul Qaimiş və Ögeday ailəsinin bir çox digər üzvlərini həbs edərək boğdurulur.  Tarixçilər 300 nəfərə qədər monqol aristokrat nümayəndələrinin öldürülüyünü xəbər verir. Möngke öz hökmdarlığını tam qanuni etmək üçün, anasının məsləhəti ilə Tuluya ölümündən sonra Böyük Xan ünvanı  verir. 

unvan.PNG (598 KB)

Beləliklə 1252-ci ildə Sarqoktanin ölümündən sonra Çingiz xan imperiyasını onun övladları idarə etməyə başlayır.
Böyük Xatun bütün uğurlarına öz şəxsi keyfiyyətləri ilə nail olmuşdu...

Sarqoktani imperiyanın idarə olunmasında elm və biliyin vacibliyi başa düşürüd. O, oğullarına hamısına təhsil verərək , bir neçə dil öyrənmələrini təmin etdi. Həmçinin övladlarına idarə edəcəkləri xalqlar haqqında məlumat sahibi olmağı da təşviq edirdi. Məsələn Xubilaya gələcəkdə fəth edəcəyi Çini idarə etmək üçün kofutsi təlimini öyrətmişdi. O, həm də imperiya xalqlarının istismar və məhv etmək yox, əksinə onların dəstəyini qazanaraq monqol ali hakmiyyətini gücləndirə biləcəklərini deyirdi.

Sarqoktani ömürünü sonan qədər xristian olaraq qaldı. Nə əri və qayınları, nə də ki, övladları ona xristian inancını qoruyub saxlamağa mane olmadılar. Bu da monqol imperiyasında dini tolerantlığın əsas nümunəsi kimi qeyd edilir. O, müsəlmanlara himayədarlıq etməsi haqqında faktlar var. Məsələn, Buxarada Xaniyyə mədrəsəsinin tikintisinə min gümüş pul bağışladı və məşhur Şeyx Seyfəddin Baharzinin ona vəkil olmasını əmr etdi. Bir neçə kənd də alıb bu mədrəsənin vəqfini verildi.
Eyni zamanda Bikə Çindəki Daoist və Buddist rahiblərə də xeyirxahlıq edirdi. 1289-cu ildə Çində papaya məktub yazaraq ilk katolik kilsəsinin açılmasına səbəb olan Xubilay xanın bu hərəkəti də mərhum anasının ona vaxtilə etdiyi təsiri ilə etdiyi deyilir.

Rəşid əd-Dinə görə: “Sorkuktani-bəgi” çox ağıllı və bacarıqlı idi və dünyanın qadınları üzərində ucalan idi.

Yəhudi tarixçi Juvainiyə görə : “Bütün oğullarının tərbiyəsində və təhsilində, dövlət işlərinin idarə edilməsində... hər cür məsələlərin həllində... heç kəs onunla müqayisə oluna bilməzdi. Tuluy Xan tərəfindən düşünülmüş hər hansı bir işdə ... o, ilk növbədə onunla məsləhətləşdi və fikrini soruşdu və təklif etdiyindən zərrə qədər kənara çıxmağa və ya kənara çıxmağa imkan vermədi”.

Tarixçi Qriqori Bar Ebrey (1226-1286) onun haqqında yazırdı:

“Qadınlar irqi arasında belə bir qadın görsəydim, qadınların irqinin kişilərdən qat-qat üstün olduğunu deməliyəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR