İnsanlara hürriyət, millətlərə istiqlal!

350 kiloluq ilanın nazik çubuqla yerdən qaldırılması olayı - qalmaqal

4133 01.07.2017 19:58 Ölkə A A

İyunun 29-da “qafqaznews.az” və “legion.az” saytlarında Zaqatala Dövlət Təbiət Qoruğunun rəhbərliyi ilə bağlı məlumat yayıb. 

Yazıda Zaqatala-Balakən ərazisində Katex kənd sakininin nadir növdən sayılan adı “Qırmızı Kitab”a düşmüş öldürülmüş piton ilanı ilə çəkilmiş şəkli verilib.

Biologiya üzrə fəlsəfə doktoru, AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, təcrübəli herpetoloq Təvəkkül İskəndərov bildirib ki, şəkildəki arid ərazilərin gürzəsidir, ən böyük nözvərinin ölçüsü 120 sm-dək çatır. Şəkil isə yaxından çəkildiyindən və montaj olduğundan ilan qat-qat böyük görünür.

Şəkildəki şəxs Balakən rayon Katex kənd sakini Ramil Asabov izahat verərək bildirib ki, çay ərazisində ölmüş vəziyyətdə olan nazik qara rəngli, 1 metr uzunluğunda ilanı götürərək şəkil çəkdirib, lakin arxadakı odun dolu maşın və ilan hansısa məqsədlə montaj olunub.

Maraqlıdır ki, adi bir adam öz çəkisindən dəfələrlə artıq görünən ilanı, çəkisi 350 kqolan anakondanı bir çubuq üstündə necə saxlaya bilər?

Musavat.com

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR