İnsanlara hürriyət, millətlərə istiqlal!

“35 sayılı Xətai üçüncü seçki dairəsində seçici sayı şişirdilir”

1561 01.11.2015 19:20 Ölkə A A

“35 sayılı Xətai üçüncü seçki dairəsində seçici sayı şişirdilir”. Bunu musavat.com-a Ümid Partiyasının sədri, deputatlığa namizəd İqbal Ağazadə bildirib: “Bizim müşahidəçilərimiz məntəqələrdə müşahidə aparır. Onlar bülletenlərin kəsilməsindən tutmuş, səslərin sayılmasına qədər bütün prosesi izləyirlər. Bu dairədə seçkilər Araz Əlizadənin xeyrinə saxtalaşdırılır. Bizim müşahidəçilərimiz bu halların qarşısını alıb və qanun pozuntusuna yol verməsinin önünü kəsmişik. Dairə Seçki Komissiyasının açıqladığı seçici sayı ilə bizim saylarımız arasında kəskin fərq var. Bunlar şişirdilmiş saylardır. Bizim son məlumatlara görə, məntəqələr üzrə, 1 saylı məntəqədə 282 nəfər səs verib, 2 saylı məntəqədə 157 nəfər, 3 saylı məntəqədə 186 nəfər, 4 saylı məntəqədə 116, 5 saylı məntəqədə 130 nəfər səs verib. Bu bizim saat 16:00-a olan məlumatımızdır. MSK isə bunu 2 dəfə artıq rəqəmlərlə açıqlayıb”.

Məğrur Salmanov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR