İnsanlara hürriyət, millətlərə istiqlal!

3000 abonentin qazı kəsiləcək

2160 22.01.2026 17:15 Ölkə A A

 

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 3000 abonentin qaz təchizatında fasilə olacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstismar Sahəsi (QİS) məlumat yayıb.

Bildirilib ki, qəsəbə ərazisində 108 mm-lik yeraltı ortatəzyiqli qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar yanvarın 22-də 15:30-dan etibarən qəsəbədə təxminən 3000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri başa çatdırıldıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR