İnsanlara hürriyət, millətlərə istiqlal!

3 qadını şantaj etməkdə günahlandırılan şəxs özünü təqsirli bilmir

719 20.03.2020 19:01 Kriminal A A

Bakıda üç qadını şantaj etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində şantaj və hədə-qorxu gələrək pul tələb etməkdə suçlanan 1986-cı il təvəllüdlü Babaşov Habil İrza oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Habil Babaşov özünü təqsirli bilməyib.

H.Babaşov Cinayət Məcəlləsinin 182.2.4-cü (şantaj və hədə-qorxu ilə tələb etmə; külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham edilir.

İttihama görə, Habil Babaşov tanışı olan üç qadını şantaj edərək onlardan külli miqdarda pul alıb.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR